Cəmiyyət

Göyçay fermerlərindən qəribə qərar - VİDEO

31 Mart 2014 12:42
0 Şərh     Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Martın 30-da səhər saatlarından başlayaraq Göyçay rayonuna qar yağmağa başlayıb. Milli.Az EL TV-yə istinadən bildirir ki, rayon sakinləri qəflətən qarın yağmasının meyvə-tərəvəz sahələrinə  ciddi ziyan vuracağından ehtiyat edirlər.

Əsasən əkinçilik və meyvəçiliklə məşğul olan Ləkçıplaq kənd sakinlərinin sözlərinə görə, belə anomal hava şəraiti onların təsərrüfatına xeyli ziyan vuracaq. Mart ayının sonunda Göyçay ərazisində bu cür qarlı-şaxtalı hava şəraiti sonuncu dəfə ötən əsrin 70-ci illərində qeydə alınıb. Küləklə müşayiət olunan qar rayonda gilas, ərik, şaftalı və digər meyvə ağaclarının çiçək və tumurcuqlarını tələf edib. Bu meyvə ağaclarından məhsuldarlığın aşağı olacağı gözlənilir. İstixanalarda faraş tərəvəzçiliklə məşğul olan fermerlər istiliklə bağlı yanacaq tədarükünü martın əvvəlinədək gördükləri üçün  qəflətən qarın və şaxtalı havanın olması onları çıxılmaz vəziyyətə salıb. Onlar həyətlərdəki meyvə ağaclarını kəsərək yandırırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.