Cəmiyyət

Məcburi köçkünlərin hamısı Bakıdan köçürüləcək - RƏSMİ AÇIQLAMA

31 Mart 2014 11:44
Baxış: 1 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı şəhərindən məcburi köçkünlərin köçürülməsi prosesi 2016-cı ildən etibarən həyata keçiriləcək. O vaxta qədər Bakıdan köçürülmə olmayacaq"

Bunu Modern.az-a Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib:

"Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində geniş yer ayrılıb. Orada böyük yaşayış kompleksi tikiləcək. 2016-cı ildə tikinti işlərinə başlanacaq və elə həmin ildən də məcburi köçkünlərin köçürülməsinə başlanılacaq. Lakin istisna hallar ola bilər, bu da dövlət ehtiyacları ilə əlaqədardır. Zərurət yaranarsa, tam hazır mənzillər alınır və məcburi köçkünlər köçürülür. Amma komitənin xəttilə tam köçürülmə 2016-cı ildən tez olmayacaq".

Komitə rəsmisi ancaq bunun 2016-cı ilə qədər ümummiyyətlə köçürülmə olmayacağı anlamına gəlmədiyini bildirib: "Hazırda regionlarda da böyük tikinti işləri gedir. Respublikanın 8-9 rayonunda məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün sürətli tikinti işləri aparılır. Həmin tikinti işləri başa çatan kimi köçürülmə başlayacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.