Cəmiyyət

Admiral Şahin Sultanovun ən yaxın adamı həbs olunacaq?

31 Mart 2014 10:00
Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabiq komandanın əmisi oğlu əsgərlərin ərzağını satırmış; Elçin Sultanov yeyinti faktına görə həbs edilə bilər

"Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandiri, vitse-admiral Şahin Sultanovun əmisi oğlu Elçin Sultanov da həbs edilə bilər".

Milli.Az xəbər verir ki, bu məlumatı "Yeni Müsavat"a hərbi dairələrə yaxın olan mənbə deyib. Qaynaq bildirib ki, E.Sultanov Hərbi Dəniz Qüvvələrində manqa komandiri vəzifəsində çalışır: "Şahin Sultanov HDQ-nin komandiri olduğu müddətdə Elçin Sultanova bu strukturda manqa komandiri vəzifəsi verib. Elçin Sultanov Şahin Sultanovun "qara işləri"ni görən adamlarından biri olub.

O, uzun illər ərzində HDQ-nin şəxsi heyətinin ərzaq bazasını talayıb. Şahin Sultanovun xeyir-duası ilə o, HDQ-nin ərzaqlarını - meyvə şirələri, meyvə, gündəlik tələbat mallarını bazadan qanunsuz olaraq çıxarıb və ən müxtəlif mağazalarda satdırıb. Həmin malların satıldığı əsas dükanlardan biri də Ali Məhkəmənin yaxınlığında yerləşən market olub. Hazırda bu məsələ araşdırılır və Elçin Əliyevin həbs olunacağı gözlənilir. Çünki bu yeyinti faktının miqyası yüz min manatlarla ölçülür".

Qeyd edək ki, Elçin Sultanovun adı mətbuatda ilk dəfə hallanmır. Şahin Sultanovun iddiası əsasında şərlənərək həbs olunan hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun üzünə duranlardan biri də Elçin Sultanov olub.

Qeyd edək ki, indiyədək Ş.Sultanovun bir neçə yaxın adamı, o cümlədən Bəxtiyar Məmmədova qarşı şahidlik edən sabiq miçman Elxan Hacıyev bir müddət öncə korrupsiya ittihamı ilə həbs olunub. Bu günlərdə Ş.Sultanova yaxın olan daha bir kapitanın həbs xəbəri yayılıb.

Məlumatlar dolaşır ki, Ş.Sultanov özü də vəzifədən azad ediləndən həbs təhlükəsi ilə üz-üzədir, kifayət qədər dəlillər toplandıqdan sonra o, məsuliyyətə cəlb ediləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.