Cəmiyyət

Paytaxtda yeni avtomobil yolu salınır

31 Mart 2014 09:34
0 Şərh     Baxış: 2 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol boyu 2 körpü, 2 tunel və 2 piyada keçidinin tikintisi nəzərdə tutulub

Paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri aparılır. Tikinti işlərinə 2013-cü ilin may ayında başlanıb.

Milli.Az xəbər verir ki, inşaat işlərini həyata keçirən "Azvirt" MMC-dən anspress-ə verilən xəbərə görə, layihəyə görə, ümumi uzunluğu 17 kilometr olacaq 6 hərəkət zolaqlı yolun hərəkət zolağının eni 3,75 metr təşkil edəcək.

Yol boyu 2 körpü, 2 tunel və 2 piyada keçidinin tikintisi nəzərdə tutulub. Ümumilikdə 1 milyon 300 min kubmetr torpaq işlərinin görülməsi və müxtəlif diametrli 19 min paqonmetr drenaj borularının qoyulması planlaşdırılıb.

Layihə üzrə tikinti işləri 2015-ci ildə tamamlanacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.