Azərbaycan Prezidentinin tapşırığına əsasən, "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar aprelin 1-dən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaq. Bu barədə Trend-ə "ASAN xidmət"-dən bildiriblər.
2014-cü ilin dekabr ayına qədər səyyar "ASAN xidmət" vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Səyyar "ASAN xidmət" vasitəsi ilə 2014-cü ilin aprel ayında aşağıdakı məntələrdə müvafiq rayonların sakinlərinə xidmət göstəriləcək:
1-10 aprel tarixində Qazax rayonunda Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinə;
1-12 aprel tarixində Xırdalan şəhərində Abşeron rayonun sakinlərinə;
14-23 aprel tarixində Ağstafa rayonunda Ağstafa, Qazax, Tovuz rayonlarının sakinlərinə;
16-25 aprel tarixində Hacıqabul rayonunda Hacıqabul rayonunun sakinlərinə;
27 aprel - 8 may tarixində Tovuz rayonunda Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinə;
29 aprel - 8 may tarixində Kürdəmir rayonunda Kürdəmir rayonun sakinlərinə.
Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin ediməsi, vətəndaş məmnunluğuna nail olunması səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədidir.
Milli.Az
Cəmiyyət
Səyyar "ASAN xidmət" regionlarda fəaliyyətə başlayır - QRAFİK
31 Mart 2014 10:08
0 Şərh
Baxış: 780
DİGƏR XƏBƏRLƏR
- "Özüm istəmişəm!" - 1 manatlıq taksidə məktəbli qızla SEVGİ MACƏRASI - VİDEO
- Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
- İctimai nəqliyyatın günümüzə qatdığı stress - Necə mübarizə aparmaq olar?
- Günün qoroskopu: Maliyyə fürsətləri yaranacaq
- Bakı bulvarında ata və balanın maraqlı RƏQSİ - VİDEO
XƏBƏR LENTİ
- İsrail ordusu Hizbullahın qərargah rəisini öldürdü
- Corc qardaşının hazırkı vəziyyətindən danışdı - FOTO
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik