Cəmiyyət

Bakı metrosundan keçmişin acı xatirəsi nə vaxt silinəcək? - FOTO

31 Mart 2014 01:30
2 Şərh     Baxış: 2 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı metrosunun keçidlərində olan ticarət obyektləri sökülsə də, onların xoş olmayan izləri ilə hər gün rastalaşmaq olar. Sökülmüş obyektlər olan keçidin divarları bərbad vəziyyətdədir. Müxtəlif rəngləri divara vurmaqla, əlavə müdaxilələr edilməklə fasadları korlanıb. Metroya daxil olan an keçidin divarlarındakı bu mənzərə dərhal nəzərə çarpır.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva Milli.Az-a açıqlamasında bildirdi ki, keçidlər yavaş-yavaş təmir ediləcək. Bunun üçün bir az vaxt lazımdır. Metronun "Memar Əcəmi" stansiyasının keçidində artıq təmir işləri aparılıb.

N.Tanrıverdiyeva qeyd etdi ki, Bakı Metropoliteninin əsasnaməsi, nizamnaməsi, strukturu dəyişdirilir. Yalnız bundan sonra hansı işlərin görüləcəyi dəqiq məlum olacaq.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.