Azərbaycan təhsilində unikal yenilik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın xəbərinə görə, 6 saylı məktəb-liseydə keçirilən Beynəlxalq Bakalavriat Proqramının (BBP) təqdimatında çıxış edən məktəbin direktoru Gülşən Orucova bildirib ki, prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Təhsil və Maliyyə nazirliklərinin dəstəyi ilə 2011-ci ildən 6 nömrəli məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramı tətbiq olunur.Azərbaycanda ilk dəfə olaraq XI sinif şagirdləri diplom alaraq müsabiqəsiz dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanacaqlar
Onun sözlərinə görə, Proqram çərçivəsində təhsil 3 mərhələyə - PYP-ibtidai təhsil, MYP-V-IX siniflər, DP-diplom proqramı, X-XI siniflər bölünür: "Hazırda 6 nömrəli məktəb-liseydə 2011-ci ildən ilkin olaraq X-XI siniflər DP-diplom proqramı tətbiq olunmağa başlayıb və bu il proqramın ilk məzunları X-XI sinifləri bitirəcək. Proqramın məzunu olan şəxslər imtahan verəcək və BBP-nin tətbiq olunduğu ilk tədris ocağı olan 6 nömrəli məktəb-liseyin XI sinif şagirdləri beynəlxalq qiymətləndirmə əsasında diplom alaraq müsabiqəsiz dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanacaqlar. Bu proqramda 6 fənn seçilib və onların hər birindən şagirdlərin maksimum 7 balla qiymətləndirilə bilər. 3 bal isə şagirdlərin yazdığı kiçik esse yazılara gözə veriləcək. Yekun nəticədə şagirdlər fənlər üzrə maksimum 42, minimum 24 bal topladıqları halda bu proqramı uğurla bitirirlər. 24 baldan aşağı nəticə göstərənlər yalnız sertifikatlar alacaqlar. Şagirdlər 24-45 bal arası nəticə göstərdiyi halda, dünyanın xarici universitetlərinə birbaşa qəbul oluna biləcəklər. Şagird imtahan verdiyi fənlərdən hansısa birində maksimum 7 bal toplaya bilirsə, xarici universitetdə təhsil aldığı zaman həmin fəndən 1 il azad olunur. Tələbə olunan 24 baldan aşağı nəticə göstərən şagirdlər isə kollec və ya peşə məktəblərinə imtahansız qəbul ola biləcəklər".
Məktəbin direktoru qeyd edib ki, bu vaxta kimi məktəbdə Beynəlxalq Bakalavriat Proqramı dövlət hesabına pulsuz olaraq həyata keçirilib. Onun sözlərinə görə, növbəti tədris ilindən bu proqram ödənişli olacaq. Lakin digər beynəlxalq məktəblərlə müqayisədə 6 nömrəli məktəb-liseydə bu proqramın qiymət 4 dəfədən çox aşağı olacaq.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, 1968-ci ildə İsveçrədə yaradılmış BBP-nin diplomu hazırda 130-dan çox ölkə və 2500 universitet (Oksford, Harvard, Kempric, Yell və s.) tərəfindən tanınır. Onun sözlərinə görə, 2011-ci ildən BBP-nin tətbiq olunduğu ilk tədris ocağı olan 6 nömrəli məktəb-liseyin XI sinif şagirdləri bu il beynəlxalq qiymətləndirmə əsasında diplom alaraq dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanacaqlar. Təhsil müəssisəsində BBP çərçivəsində bir sıra xarici ölkələrdən gəlmiş müəllimlər də çalışırlar. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq dövlət məktəblərində ödənişli əsaslarla beynəlxalq təhsil tətbiq oluna bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)





