APA-nın xəbərinə görə, 6 saylı məktəb-liseydə keçirilən Beynəlxalq Bakalavriat Proqramının (BBP) təqdimatında çıxış edən məktəbin direktoru Gülşən Orucova bildirib ki, prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Təhsil və Maliyyə nazirliklərinin dəstəyi ilə 2011-ci ildən 6 nömrəli məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramı tətbiq olunur.Azərbaycanda ilk dəfə olaraq XI sinif şagirdləri diplom alaraq müsabiqəsiz dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanacaqlar