Cəmiyyət

Məhəbbət Kazımov "Laçınım"la dəfn edildi - YENİLƏNİB - VİDEO - FOTO

28 Yanvar 2014 17:44
65 Şərh     Baxış: 53 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
14:13

Yanvarın 27-də dünyasını dəyişən Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımov dəfn edilib. Anspress-in məlumatına görə, sənətçi Xırdalan qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində izdiham müşahidə edilib. Mərasimdə sənətçinin ailə üzvləri ilə yanaşı, dostları və həmkarları da iştirak ediblər.

---------
12:24

Ötən gün səhər saatlarında dünyasını dəyişən Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımov dəfn edilir. Milli.Az anspress-ə istinadən xəbər verir ki, sənətçi ilə vida mərasimi bu gün öz yaşadığı evdə keçirilib. Mərasimə sənətçinin bir çox dostları və həmkarları qatılıblar.

Daha sonra M.Kazımovun cənazəsi Xırdalan qəbristanlığında dəfn edilmək üçün adıçəkilən şəhərə aparılır. Mərasimdə müğənninin "Laçınım" mahnısı səsələndirilir.

Qeyd edək ki, mərhumun oğlu Rəşid Kazımov atasının şəkər xəstəliyindən əziyyət çəkdiyini deyib. "Qripə yoluxmuşdu. Bu xəstəlik atama pis təsir etdi. Onun vəziyyətini ağırlaşdırdı".

Milli.Az


----------
17:44



Böyütmək üçün şəkillərə klikləyin.
----------
14:13




----------
13:01



---------
12:34

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.