Ölüm son deyil ki?!
31 may 2010- 3 uşaq atası intihar edib, 14 iyul 2010-Qəbələ rayonunda 77 yaşlı kişi özünü asıb. Göygöl rayonunda 48 yaşlı kişi saat 18:00 radələrində özünü yaşadığı evin çardağında asıb. Lənkəran rayonunda Gərmətük qəsəbə sakini, 55 kişi yaşadığı evdə məftillə özünü asıb. Bakının Suraxanı rayonunda Qaraçuxur qəsəbəsində yaşayan 45 yaşlı kişi özünü yaşadığı evdə asıb. 23 avqust 2010 - Bakıda 21 yaşlı gənc intihar edib. 16 sentyabr 2010 - Azərbaycanda 55 yaşlı qadın yaxınlarının məzarı qarşısında intihar edib. 15 oktyabr 2009 - Bakıda tikinti şirkətinin rəhbəri intihar edib.
Hardasa hər gün bu tipli xəbərlərlə qarşılaşırıq. Qəzet səhifələrində, televiziyada xəbər buraxılışlarında, internet mediasında demək olar ki, hər gün (!) kiminsə öz həyatına son qoyması barədə xəbərlər yayımlanır.
Bəs insanın öz-özünə qəsdi - yəni intihar nədir, deyə sual verdiyində bir çox cavablar meydana gəlir:
- İntihar zəiflikdi!
- İntihar başqalarının cəsarət etmədiyidir!
- İntihar fərqli ölümdür!
Doğrudan da intihar nədir? Niyə bu gün ən məşhur ölüm intiharlardır?
Kriminalist İlqar Altay: "Normal insan heç vaxt özünə qəsd etməz".
Kriminalist İlqar Altayın sözlərinə görə, insanlar iki səbəbdən intihar edə bilər: Ya o adam normal vəziyyətdən çıxıb psixi xəstəliyə düçar olub. Ölümü yaşamaqdan yaxşı bilir. Ya da emosianal psixi gərginlik keçirir və həyat onunçün mənasını itirib. İkincilər özünü ona görə öldürmür ki, o, ölümü daha yaxşı sayır, ona görə ki, bu həyatdan canını qurtarmaq istəyir".
İnsanların əsasən hansı yolla intihar etdikləri sualına isə ekspert: "İnsanalar daha çox uşaqlıqdan eşitdikləri, bildikləri kimi canlarına qıyırlar. Rusiyada məsələn, qadınlar essensiya içirlər, Şərqdə - Hindistanda, elə Azərbaycanda da qadınlar özlərini yandırırlar, asırlar. Kişilər isə əsasən, özlərini asırlar" - deyə cavab verdi.
İlqar Altay onu da qeyd etdi ki, intihar - dar vəziyyətdə üzüntüdən xilas olmaq üçün hər bir insanın beyninin bir hissəsində var. Bu, genetik də ola bilər. Təcrübə göstərir ki, biri necə intihar edibsə, onun sələfi də eyni şəkildə həyatına son qoyur.
Amma niyə? İntiharın səbəbləri nələrdir?
İntiharı doğuran səbəblər müxtəlifdir: Psixi gərginlik, depressiya, münaqişələr, ölüm həddinə çatdırma və s. Səbəblərdən biri və bəlkə də ən önəmlisi sosial və məişət səbəbləridir. İmkansızlıq - ailə daxili mübahisələrə, qınaqlara gətirib çıxarır. Düşünürlər ki, "belə həyata" son vermək ondan yeganə çıxış yoludur. Ailəsində, şəxsi həyatındakı uğursuzluqlar da həssas insanların zəif damarına basır və nəticədə ...
İntihar edən insan həyatına son verməklə hər şeyin bitdiyini zənn edir. Amma o anlamır ki, bu, çıxış yolu deyil və heç vaxt da olmayıb. Həyatı tərk etməklə problemləri həll etmək olmur. Bəs geriyə qalanlar?
Psixoloq Təbriz Hacıyev: "Mobil telefonlar da gənclərin intiharına səbəb ola bilər"
"İnsanlar adətən problem qarşısında çarəsiz qalanda intihara əl atır. Ən çox intihara meyl edən insanlar depressiya xəstələridir. Depressiyaya düçar olmuş insanlar özlərinə qapanırlar. Əvvəllər ünsiyyətdə çox olurduq. İndi buna o qədər də meyl etmirik" bunu psixoloq Təbriz Hacıyev dedi. Onun fikrincə 11-16 yaşlı yeniyetmələr arasında bu hal daha çox yayılıb. Bu, əsasən valideynlərin uşaqlara etinasız yanaşmasından irəli gəlir.
Valideynlərin "Əşi, uşaqdı" yanaşması...
Avropa ölkələrində valideyinin tək arzusu uşağı ilə dost olmaqdır. Maraqlıdır şərq və dolayısı ilə müsəlman ölkələrində heç bir valideyn bu haqqda düşünmür. Azərbaycanda isə imkanlı valideynlər övladlarına çoxlu pul xərcləyir. Kasıb valideyinin isə tək dərdi yeməyin, geyimin vaxtında hazır olması və məktəb ləvəzimatlarının hamısının alnınmasıdır. İstənilən halda bunların ikisi də eyni nəticəyə gətirib çıxarır. Valideyn övladına qarşı etinasızdır.
İntiharın yolları isə müxtəlifdi: özünü asmaq, zəhərləmək, dərmanların böyük miqdarda qəbulu, özünü yandırmaq, damarları iti alətlə kəsmək və s. İnsan problemlərdən qaçmaq üçün nələrə əl atmır?!
Bunu səbəblərini araşdırsaq, yenə də valideynlərin bizə verdiyi tərbiyənin üzərinə dönmüş olacağıq. Bu zaman təbii bir sual yaranır: Nə üçün onlar bizə cəsarətli olmağı, çətinliklərdən qaçmamağı öyrətməyiblər?!
"Mənim apardığım araşdırmalardan birinə əsasən mobil telefonlar da gənclərin intiharına səbəb ola bilər. Çünki, gənclər konturun azlığından şikayətlənərək dostları ilə az danışır. Bu da ünsiyyət azlığına, özünə qapanmağa gətirib çıxarır" - deyən psixoloq apardığı araşdırmada intihar etmiş 4 uşaq haqqında məlumat toplayıb. Onların 3-ü qız, 1-i oğlan imiş. Uşaqların 2-si dərman içərək, 2-si özünü asaraq həyatlarına son veriblər.
İntihar haram işdir!
Azərbaycan İslam dövlətidir. Hər addımda bir "hacıya", bir "məşədiyə" və ya " kərbalayıya" rast gəlmək olar. Hələ mən nurçusundan, hürufisindən, şiəsindən, sünnəsindən, vahabisindən danışmıram. Bəs o zaman bu qədər "iman sahibi" olan ölkədə niyə bu qədər insan canına qıyır?! Səbəbi çox aydındır. Azərbaycanlılar da digər islam dövlətləri kimi humanizmi deyil, axsaq adətləri, səfeh cəmiyyət qanunlarını bayraq edənlərdəndir.
İlahiyyatçı Elşad Miri: "Can bizə verilmiş əmanətdir - əmanətə xəyanət etmək ən böyük günahlardan biridir".
İlahiyyatçı alim Elşad Mirinin sözlərinə görə, Müqəddəs kitab Quranda "Özünüzü Öldürməyin!" deyən bir ayə var. "İnsanın canına qıyması haramdı. Çünki intihar etmiş şəxsi cəhənnəmdə də eyni əzab gözləyir. Can bizə verilmiş əmanətdi. Əmanətə xəyanət etmək ən böyük günahlardan biridir".
Bundan başqa Peyğəmbərimiz buyurub ki, canına qıymış insanların cənazə namazını qılmayın!
İnsanların intihara meyllənməsi çox təbiidir. Nə qədərimiz buna cəhd etmişik, deyə bilmərəm. Amma faktlar göstərir ki, hər birimiz bu haqda heç olmasa bir dəfə də olsa, düşünmüşük.
Bu yerdə mərhum professor, ölkənin baş psixiatrı olmuş Ağabəy Sultanovun bir sözünü xatırladım: "İntihar etmək barədə heç vaxt düşünməyən, bunu heç vaxt ağlından keçirməyən adam normal insan deyil".
Qəribə təzaddır. Demək, insan düşünməkdə, xəyal etməkdə azaddır. Amma məsuliyyət anlayışı insanın bütün hiss və düşüncələrindən üstündür, bu, həm də özünüdərk deməkdir. Demək ki, insan hər düşündüyünü etməməlidir. Elə bu cəhəti onun nə qədər ağıllı, məntiqli, iradəli - bir sözlə, normal insan olduğunu göstərir.
İstənilən halda intihara haqq qazandırmaq olmaz. Bu yerdə ictimai qınaq əsas rol oynamalıdır. Amma nədənsə, bizim cəmiyyətdə ictimai qınaq yalnız "əxlaqsızlığa" qarşı yönəlib. Çox maraqlıdır, bəzən hətta intihar etmiş şəxsin doğru yola əl atdığını deməkdən belə çəkinmir bu "cəmiyyət". Və beləliklə insanın canına qıymasına ya haqq qazandırır, ya "neyləsin yazıq" deyərək guya başa düşməyə çalışır, ya da ən yaxşı halda, niyə bu addımı atmasını başa düşməyərək etinasız qalırıq. Bəlkə, hələki yaşayanlar arasında geniş bir təbliğat aparıb hər kəsi intihardan çəkindirməyə, özünəqəsdin düzgün addım olmadığına inandırmağa çalışsaq yaxşı olar? Əks təqdirdə, sizə elə gəlmirmi ki, belə getsə hələ çox qurbanlar verəcəyik?
Günel Səfərova
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İntiharların qarşısını necə alaq?
23 Oktyabr 2010 12:28
Baxış: 1 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Qazi Aminin səhhətində ciddi problem yarandı: "Dua edin" - VİDEO
-
Qərb Sənaye Parkı yaradılır: Dağ-mədən və metallurgiyada genişlənmə
-
Bakıda bu məktəbdə tədris DAYANDIRILDI - SƏBƏB
-
Bu ASC ləğv EDİLDİ
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq
-
AZANS 30 illik inkişaf yolu: Azərbaycanın hava məkanı qlobal tranzit şəbəkəsində mövqeyini gücləndirir
XƏBƏR LENTİ
-
Qazi Aminin səhhətində ciddi problem yarandı: "Dua edin" - VİDEO
-
Qattuzo İtaliya xalqından üzr istədi
-
Yeni çəkilən yol ÇÖKDÜ
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
-
Universitetin həyətində tələbəyə sahibsiz itlər hücum ETDİ - ANBAAN VİDEO
-
Qərb Sənaye Parkı yaradılır: Dağ-mədən və metallurgiyada genişlənmə
-
Bakıda bu məktəbdə tədris DAYANDIRILDI - SƏBƏB
-
“Futbolçu peşəsində insanlar səni çox alçaldırlar”
-
ANAMA mart ayı üzrə hesabatını açıqladı
-
Bu ASC ləğv EDİLDİ
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq
-
Ayın 2-də şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ
-
Millimizə yeni məşqçi təyin edildi
-
AZANS 30 illik inkişaf yolu: Azərbaycanın hava məkanı qlobal tranzit şəbəkəsində mövqeyini gücləndirir
-
Nazirin oğlunun işində milyonlarla ziyan - Tanınmış iş adamı axtarışa VERİLDİ
-
Kobra Muratın dillərə dastan EVİ: Hər yeri qızıl və gümüşdən... - VİDEO
-
"Hadisəyə görə məsuliyyəti TƏBİB daşıyır" - Yeddi körpənin öldüyü mərkəzin direktoru
-
Qapıçnın sinəsinə top dəydi, ÖLDÜ - Anbaan VİDEO
-
Üçüncü Dünya müharibəsi bu ərazidə OLACAQ
-
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilib - YENİLƏNİB
-
Qabil Əlizadə: “Bu qələbə bizə hava, su kimi lazımdır”
-
“20 Yanvar” tunelində güclü YANĞIN
-
ABŞ İranın gizli silah anbarlarını məhv etdi - VİDEO
-
"Yeraltı"da o da olacaq - FOTO





