Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Azərbaycan Respublikasinin prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər. Növbəti belə qəbul bu gün Əmlak Məsələləri Dövlət komitəsinin sədri Kərəm Həsənovun rəhbərliyi ilə Lənkəranda baş tutub.Müraciətlər, əsasən, qeydiyyat və özəlləşdirmə ilə bağlı olub
Qəbulda Lənkəran, Lerik, Astara, Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar, Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edib. Komitə sədri qəbula gələn vətəndaşların müraciətlərinə baxıb, təkliflərini dinləyib. Müraciətlər, əsasən, daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin digər fəaliyyət istiqamətlərinə aid olub. Vətəndaşlara onların müraciətləri ilə bağlı qanunvericiliyin tələbləri izah edilib, bu məslələrin həlli üçün zəruri addımların atılacağı bildirilib. Araşdırma tələb edilən müraciətlər isə qeydiyyata alınıb. Vətəndaşlar da keçirilən qəbuldan razı qaldıqlarını və müraciətlərinə müsbət şəkildə baxıldığını bildirdilər.
Qəbulda ümumilikdə 30-a yaxın vətəndaş iştirak edirdi.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.
