Azərbaycanda eyni adların müxtəlif formalarda yazılması hallarının aradan qaldırılması üçün bütün adların düzgün yazılışının göstərildiyi kitab hazırlanacaq.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə bildirib ki, komissiyanın nəzdindəki Adlar və soyadlar bölməsi Azərbaycan dilində olan bütün adlar sistemini bir kitab şəklində hazırlamağı planlaşdırır.
Yeni kitabda adların düzgün, təkmilləşdirilmiş yazılış formaları öz əksini tapacaq. Bu kitab Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbələrinə göndəriləcək.
S.Sadıqova deyib ki, bu gün Azərbaycanda adların yazılışında müxtəlif formalar özünü göstərir: "Məsələn, suallar verilir ki, Fuad adının sonuncu hərfinin "d", yaxud "t" ilə yazaq? Eyni zamanda, mürəkkəb adların yazılış formalarını təkmilləşdirmək, dilimizdə olan adlar sistemini tam şəkildə formalaşdırmaq lazımdır. Bunun üçün də Adlar və soyadlar bölməsi istəyir ki, ilk növbədə, adlardan ibarət olan kitabça nəşr etdirsin və qeydiyyat şöbələrinə təqdim etsin".
Zamanla yeni adların yarandığını deyən komissiya sədrinin müavini bildirib ki, son dövrlərdə Azərbaycanda yaranan yeni adların əksəriyyəti türk mənşəlidir. Hazırda uşaqlara qoyulan yeni adlar arasında da sırf Azərbaycan dilinə məxsus olan, türk mənşəli adlar üstünlük təşkil edir: "Əgər hər il dilə 100 yeni ad daxil olursa, bu, böyük yenilikdir. Ancaq mən təəssüf edirəm ki, dilimizə hər il 100 deyil, ən çox halda 10-15 ad daxil olur".
S.Sadıqovanın sözlərinə görə, Azərbaycanda uşaqlara istifadə edilməyən türk mənşəli adların qoyulması üçün təbliğat işlərinin aparılması nəzərdə tutulur.
Komissiyanın sədr müavini qeyd edib ki, bu gün bəzi adlar sırf türk mənşəli olsa da, işlədilmir. Uşaqlara daha çox Yusif, Hüseyn, Əhməd, Əli, Məhəmməd adları qoyulur: "Qızlara isə Nuray, Nurgün adı çox qoyulur. Bizim dilimizdə Nuray, Nurgün, Yusif və Əlidən başqa adlar yoxdurmu? Uşaqlara hardasa 10-15 ad daha çox verilir, qalan adlar artıq dilin arxiv fonduna keçir. Biz istəyirik ki, təbliğat aparaq ki, bütün adlardan istifadə olunsun".
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda insan adlarının düzgün yazılışının göstərildiyi kitab hazırlanacaq
18 Noyabr 2013 12:34
1 Şərh
Baxış: 14 555

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məşhur aktyor xərçəngdən ÖLDÜ
-
Sabah saat 10:00-dan QAZ OLMAYACAQ
-
Bu tarixdən külək olmayacaq - hava DÜZƏLİR
-
Hamı dəfndə, Ronaldo isə tətildə... - FOTOlar
-
Xamenei müharibədən sonra ilk dəfə ÜZƏ ÇIXDI - FOTOlar
-
Mask yeni siyasi partiya yaratdı
-
Yaxın günlərdə tənhalığa son qoyacaq BÜRCLƏR – Sevgi həyatı canlanır!
-
Rusiyada təyyarə sərt eniş etdi - yaralananlar var - FOTO
-
Daha bir imtahan olacaq
-
Pərvin Abıyeva şıdırğı rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə qəfil ÖLDÜ - FOTO
-
21 yaşlı gənc öldürüldü - qətlin təfərrüatları
-
“Real Madrid” "Borussiya D." matçında "qol yağışı"
-
Bu gün imtahan var
-
Azərbaycanın qızıl bazarında vəziyyət necədir?
-
“Anar dedi ki, “Arşın mal alan”a çəkilsən, film batacaq"
-
İyulda şəxsi həyatlarında köklü dəyişiklik yaşayacaq BÜRCLƏR
-
Geyimlərinin qiyməti ilə gündəm olan xanəndənin sərvət dəyərində AVTOMOBİLİ - VİDEO
-
Adolf Hitler və məşuqəsi qəribə münasibətlərinin HEKAYƏSİ - FOTOlar
-
Düyü ilə bu məhsulları qəti yemək olmaz
-
Müjgan Ayxanın geyimi müzakirələr yaratdı - VİDEO
-
Evin ən çirkli yerləridir - heç ağlımıza gəlməyib - FOTO
-
Bu məşhurun 53 yaşı var - qızlarından seçilmir - FOTOlar
-
Günün qoroskopu: Gözlənilməz xəbərlər alacaqsınız