Cəmiyyət

12 imamın məzarları hansı şəhərlərdədir?

2 Noyabr 2013 20:15
5 Şərh     Baxış: 4 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Birinci imam Həzrət Əlinin (ə) məzarı İraqın Nəcəf şəhərindədir. İkinci imam Həsənin, dördüncü imam Zeynül-abidinin, beşinci imam Mühəmməd Baqirin və altıncı imam Cəfər Sadiqin (ə) məzarları Mədinə şəhərindəki Bəqi qəbristanlığında yerləşir.

Milli.Az İslam.az-a istinadən bildirir ki, əvvəllər bu dörd məzarın üzərində möhtəşəm qübbələr var idi, vəhhabilər onları yerlə-yeksan etmişlər. Üçüncü imam Hüseynin (ə) məzarı İraqın Kərbəla şəhərindədir. Yeddinci imam Musa Kazimin və doqquzuncu imam Mühəmməd Təqinin (ə) məzarları İraqın Kazimeyn şəhərciyində yerləşir. Səkkizinci imam Rzanın (ə) məzarı İranın Məşhəd şəhərindədir. Onuncu imam Əli Nəqinin və on birinci imam Həsən Əskərinin (ə) məzarları İraqın Samirə şəhərində yerləşir. On ikinci imam Mehdi (ə) diridir və gözlərdən gizli qeyb halındadr.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.