Xaçmazda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmazda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda qeyd edilib ki, 2-ci Dövlət Proqramının qəbulundan keçən müddət ərzində rayonda həyata keçirilən tədbirlər nəticəsində 7249 yeni iş yeri açılıb ki, onun da 4271-i daimi iş yerləridir. Təkcə 2013-cü ilin 9 ayında rayonda 1004 yeni iş yerləri açılıb ki, bunun da 830- u daimi iş yerləridir.
Bu il Xaçmaz şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli, 4 mərtəbəli yaşayış binası tikilib. Mənzillər növbəlilik üzrə əlil və şəhid ailələrinə paylanıb. Bundan başqa rayonda Tarix-Diyarşunaslıq muzeyinin yeni binası, Xaçmaz Olimpiya İdman Kompleksinin və Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin binaları istifadəyə verilib.
Hesabatda bildirilib ki, Xaçmaz rayonunun 151 yaşayış məntəqəsindən cəmi 25705 abonent təbii qazdan istifadə edir. 9 ay ərzində 728 abonent üçün təbii qaz xətti çəkilib. Xudat II şöbə, Şıxlar, Maşıoba, Çuxuroba, Çiləgir, Şıxhaput, Dədəli və Bostançı kəndləri qazlaşdırılıb. Daha 5 kənddə qazlaşma işləri davam edir.
Bu ilin 9 ayında 3593 hektar sahədən 91661 ton tərəvəz, 82898 ton meyvə,4496 ton üzüm, 10886 ton kartof, 947 ton bostan məhsulu istehsal olunmuşdur. Həmçinin 9 ayda 28539 ton süd, 7184 ton ət, 15,4 milyon ədəd yumurta,189,7 ton yun istehsal olunub. Bu günədək rayonda 10350 hektar sahədə şum aparılıb, 1100 hektar sahəyə taxıl səpilib.
2004-2012-ci illər ərzində rayonda 8 356 şagird yerlik 30 yeni məktəb binası tikilib istifadəyə verilib. 2260 yerlik 4 məktəb binası əsaslı təmir edilib. Bu gün rayonda 19 məktəb üçün yeni binanın tikintisinə ,35 məktəbin əsaslı təmir edilməsinə ciddi ehtiyac var. Hazırda rayonun Arzu kəndində 220, Qıraqlı kənd ümumi orta məktəbi üçün 180, Qaraçı kəndində 120 və Qaradağ Buduq kəndində 80 şagird yerlik yeni məktəb binaları tikilir.
Bu il rayon üzrə ali məktəblərə sənəd verən 659 nəfərdən 200 nəfər, əvvəlki illərin məzunları ilə birlikdə 282 nəfər ali məktəblərə, əvvəlki illərin məzunları ilə birlikdə 142 nəfər orta ixtisas məktəblərinə qəbul olub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu il Xaçmazda 830 daimi iş yeri açılıb - FOTO
18 Oktyabr 2013 15:42
Baxış: 8 996

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır - VİDEO
-
Günün qoroskopu: ailə ilə bağlı sürpriz hadisələr ola bilər
-
Bayrağımız qarşısında çəkilən bu görüntülər sərt TƏNQİD OLUNDU - VİDEO
-
Gəlin toyunda "hoqqa verdi": qılınclarla... - VİDEO
-
Azərbaycanda orqanlarını satmaq istəyənlər həbs oluna bilər: köçürülmə yalnız bu yolla...
-
Bakıda qayınata kürəkənə BAHALI maşın hədiyyə etdi - VİDEO
XƏBƏR LENTİ
-
Milyarderlərin sərvəti artır, humanitar yardım azalır
-
Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır - VİDEO
-
"Ailələrin dağılma səbəbi budur"
-
Bu meyvə virusun düşmənidir, mədənin isə...
-
Tez bişən yemək RESEPTLƏRİ: 20 dəqiqəyə...
-
Bu dezodorant səssizcə sağlamlığı məhv edir
-
800 min dollara uçan avtomobillər - FOTOlar
-
İsti havalarda bu məhsulları yemək təhlükəlidir
-
Bunu bilsəniz, qulaq çöplərini atacaqsınız
-
İbrahim Borçalı izləyicilərini göz yaşlarına boğdu - FOTO
-
Bu sosial şəbəkədən hesablar kütləvi şəkildə oğurlanır - XƏBƏRDARLIQ - VİDEO
-
Bakıda xanım sürücü qəribə qəza törətdi - VİDEO
-
Günün qoroskopu: ailə ilə bağlı sürpriz hadisələr ola bilər
-
Rusiyada OMON dəstəsi azərbaycanlı qardaşları öldürdü - 50-dən çox azərbaycanlını isə... - yenilənib
-
Hakim oyun zamanı həbs edildi
-
Bakıda baş vermiş yanğında zərərçəkənlər danışdı - "Yoldaşım meyvə yuyurmuş..." - VİDEO
-
Soçidə iki sərnişin təyyarəsi toqquşdu - FOTO
-
Mustafa Sandal məhkəməlik oldu
-
Azərbaycanlı aparıcı 25 ildən sonra ana olduğunu etiraf etdi - VİDEO
-
Daha bir təyyarə qəzaya uğradı - ölənlər var
-
“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO
-
İmtahanlar bitdiyi üçün sevinib 1 litr araq içdi, komaya düşdü
-
Tolik ad günündə anası və qızı ilə… - VİDEO
-
82 ildir itkin idi, qalıqları Rusiyada tapıldı - FOTO