Hər birimiz məsum olmadığımız üçün, gün ərzində çox sayda günahlar edirik. Ayıq və bəsirətli insanlar günahlarını dərk edən kimi tövbə edir və Allaha qayıdırlar. Etdikləri işdən peşman olub, bir daha həmin günaha qayıtmayacaqlarına söz verirlər. Tövbə dildə istiğfar deməklə bitməz. Öz şərt və şəraiti vardır ki, bilməyimiz faydalıdır.
Milli.Az Deyerler.org-a istinadən bildirir ki, əziz Peyğəmbərdən (s) belə bir hədis gəlib çatmışdır. Peyğəmbərimiz (s) Zilqədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü tərəfdaşlarına çevirib buyurur: "Ey insanlar! Sizlərdən kim tövbə etmək istəyir?". Hamısı tövbə etmək istədiklərini bildirdilər. Həzrət Peyğəmbər (s) buyurdu:
"Qüsl (tövbə qüslü) və dəstəmaz (tövbə dəstəmazı) alın. Sonra dörd rükətli namaz qılın. Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Tövhid", 1 dəfə "Fələq" və 1 dəfə də "Nas" surələrini deyin. Sonda 70 dəfə istiğfar edin və onu "Lə həvlə və lə quvvətə illə billahil-əliyyil-azim" cümləsi ilə tamamlayın. Sonra isə bu duanı oxuyun: "Ya Əzizu, ya Ğəffar. İğfirli zunubi və zunubə cəmiyəl-muminin və muminat. Fəinnəhu lə yəğfiruz-zunubi illa ənt"". ("Ey Əziz, ey Bağışlayan! Ey Mehriban! Mənim günahlarımı, bütün mömin qadın və kişilərin günahlarını bağışla. Çünki Səndən başqa heç kim günahları bağışlamaz").
Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir müsəlman yoxdur ki, bu namazı qılsın və ona səmadan nida edilməsin ki: "Ey Allahın bəndəsi! Sənin tövbən qəbul olmuşdur. Günahların bağışlanmışdır. İndi işlərinə yenidən başla". Başqa mələk ona deyər: "Ey Allahın bəndəsi! Xoş olsun halına! Mübarək olsun sənə və ailənə".
O biri mələk deyər: "Ey Allahın bəndəsi! İmanla öləcəksən, din səndən uzaq olmaz. Qəbrin geniş və nurani olsun". Cəbrayil (ə) nida edər: "Qəlbini xoş saxla ki, mən ölüm mələyi ilə bir yerdə yanına gələcəyəm və ona əmr edəcəyəm ki, səninlə merhiban olsun. Səni heç incitməsin. Ruhunu cismindən yavaş çıxartsın".
Peyğəmbərdən (s) soruşurlar ki, bu namazı başqa bir aylarda da yerinə yetirmək olarmı? Əgər başqa zaman yerinə yetirilsə, həmin savaba malik olacaqdırmı? Həzrət (s) buyurur: "Həmin savaba malikdir. Bunları Cəbrayil (ə) merac gecəsi mənə öyrətmişdi".
Allah Təala bizləri həqiqi tövbəkarlardan qərar versin!
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tövbə namazı necə qılınır?
9 İyul 2013 21:55
1 Şərh
Baxış: 144 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu şəxslərə burun əməliyyatı pulsuz OLDU
-
Azərbaycanda daha bir yol ödənişli olacaq
-
Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA
-
Bunu istifadə edə bilərsiniz - Elektron siqaret sayılmır
-
Səhər yeməyində çay içmək görün orqanizmə hansı ziyanları VURUR
-
“Azərbaycan” adı dəyişə bilər? - Deputatın təklifi birmənalı qarşılanmadı
XƏBƏR LENTİ
-
157 sərnişinli qatar relsdən çıxdı - Yaralılar var
-
Azərbaycanda bu şəxslərə burun əməliyyatı pulsuz OLDU
-
Ayın 4-ü hava kəskin DƏYİŞİR: Leysan yağacaq, dolu düşəcək - PROQNOZ
-
İran İsraildə dron zavodunu vurdu
-
Enerji tədarükündə yeni dövr: Türkiyənin planı açıqlandı
-
Nizami Kino Mərkəzinin divarını cızma-qara edənlərə cinayət işi açıldı - YENİLƏNİB
-
Cahangir Həsənzadə vəzifədən azad EDİLDİ
-
Pakistanda polis bölməsində partlayış: Ölənlər var
-
Aynur Kərimovaya yüksək vəzifə VERİLDİ
-
"10 yaşımda metronun qabağında qələm satırdım"
-
Azərbaycan futboluna bir ildə nə qədər vəsait XƏRCLƏNİB? - FOTO
-
Şumaxerin qızı atasının faciəsindən sonra atların ona köməyindən danışdı
-
Rüfət İsmayılovun milyardlıq əmlakı müsadirə EDİLDİ
-
Deputat qadının ərini görəndə, pəncərədən tullanıb qaçıbmış...
-
Tramp İrandakı YENİ HƏDƏFLƏRİ açıqladı: 'Maksimum təzyiq"
-
İş başında övladının ölüm xəbərini aldı - VİDEO
-
Bakıda bu stadion BAĞLANIR
-
Litvanın Baş naziri Azərbaycana gələcək
-
"Ziraat Bank Azərbaycan" Bank of China-da CNY üzrə müxbir hesab açdı
-
Silva qərarını verdi
-
İlyas Hüseynov rəhbər vəzifəyə təyin EDİLDİ
-
Bakıda yolun ortasında avtomobil yandı, tıxac yarandı - ANBAAN VİDEO
-
Uşaqlar arasında yeni virus YAYILIR - Valideynlərin diqqətinə
-
Ancelina Coliyə NƏ OLUB? - Ayaq üstə dura bilmədi - VİDEO





