Boy insan həyatına birbaşa təsir edən amillərdən biridir. Uzun boylu olmaq bu gün əksər insanlar üçün yaşamağa mane olan bir problem, əksər insanlar üçün xəyaldır. Təbii ki, boyu istənilən uzunluqda etmək insan əlində deyil. Bu, bəzən valideynlərdən qalma miras, bəzən sağlam yaşamın nəticəsi, bəzən isə həyatın hədiyyəsidir. Sonradan qısaboylulara müdaxilə edib az da olsa, boylarını uzatmaq mümkün olur, amma əməliyyatla olan müdaxiləyə də çox az insan risk edir.
İnsan doğulduqdan sonra yetkinlik yaşına qədər boyun uzanması müşahidə olunur. Qızlar və oğlanlarda bu, fərqli yaş aralıqlarında olsa da, nəticə etibarilə boy uzanması yaşın müəyyən bir vaxtından sonra dayanır. Qızlarda 11-14 yaşa qədər, oğlanlarda isə 16-17 yaşına qədər boy uzanması mümkündür. 5-7 və 10-14 yaş aralığında boyun daha sürətlə artımı olur. Bu yaşdan sonra böyümə halları olsa da, əvvəlki yaşda olduğu kimi daha tez uzanmaz.
Ortoped Mahmud Hacıyevin sözlərinə görə, bədəndə iki formada sümüklər olur - uzun sümüklər və yastı sümüklər. Yastı sümüklər başda, bədəndə, çanaqda yerləşir. Uzun sümüklər isə qollarda və ayaqlarda olur. Boy uzanması zamanı bu sümüklərin bir-birinə uyğun şəkildə uzanması baş verir: "Bəzi hallarda uzun sümüklərin uzanmasında problemlər yaranır ki, bu problemlərdən biri uşaqda anadangəlmə sümük xəstəliklərinin olmasıdır. Sümük xəstəlikləri olan uşaqlarda yastı sümüklər olan yerlər baş, sinə, çanaq normal halda inkişaf edir, amma uzun sümüklər olan qollar və ayaqlar uzanma prosesindən geri qalır. İkinci halda boyun uzanmamasının səbəbi böyümə hormonlarının azlığıdır".
Həkim bildirir ki, bu gün insanlar boy qısalığından çox da şikayət etmirlər, çünki indi insanların 90%-i qısaboyludur. Əksinə, indi uzunboylu insanlara qısaboylular baxmaqla, haqqında danışmaqla kompleks yaşadırlar. Qısaboyluluq bu gün hələ də müzakirə olunan bir haldır. Çünki boy hər nə qədər uzun olursa-olsun, insanlar heç vaxt öz boylarından tam razı olmazlar. Xüsusən, qızlar: "Dəqiq olaraq boy qısalığından danışsaq, boyu 1 m 40 sm-dən az olan insanlar qısaboylu insanlardır. Boyun standart bir ölçüsü yoxdur ki, dəqiq deyək, filan ölçülər insan üçün idealdır, yaxud uzundur. Boyun uzunluğu genetik, insanın irqindən də asılı olan bir şeydir. Ailəsi uzunboylu olan bir uşağın boyunun uzun olması daha təbiidir, nəinki 1m 50 sm valideynləri olan uşağın uzunboylu olması. Azərbaycanda boy uzunluğu orta hesabla götürülsə, qadınlarda 150-160 sm, kişilərdə 160-170 sm olaraq qəbul edilir".
Heç bir xəstəliyi olmayan, normal doğulan insanlarda 8 yaşına qədər sürətli böyümə müşahidə olunar. Bundan sonra bir müddət sabit davam edir, böyümə elə də nəzərə çarpmır. 10-13 yaşlarında ikinci dəfə sürətli boy artımı olur. Yetkinlik yaşına qədər boy uzana bildiyi qədər uzanır. Bundan sonra boyun uzanması, 5-10 sm artması təbii yollarla qeyri-mümkündür. Genetik faktorlarla yanaşı, kənardan olunan dəstəklər də var ki, bunlar da boyun uzanmasına bir dəstək verir. Lakin dəstəklə yanaşı, boyun uzanmasını əngəlləyən faktorlar da az deyil. Boy uzanmasına müsbət təsir edən faktorlardan biri normal qidalanma və yaşa uyğun idmanla məşğul olmaqdır. Üzmək, gimnastika, basketbol boyun uzanmasına çox yaxşı təsir edir. Lakin bu o demək deyil ki, genetik boy qısalığı olan insanlar idmanla boylarını standart üstünə çıxara biləcəklər. Mənfi təsirinə gəlincə, yetkinlik yaşına çatmayan, sümüklərinin tam inkişaf edən dövrü olan uşaqlar ağırlıqqaldırma kimi idman növlərində boy uzanmasına bir növ zərbə vururlar. Ona görə seçiləcək idman növü də boyun uzanması üçün yaxşı, yaxud pis təsir verə bilər.
Sümüklərdə kalsium və fosfat tarazlığı çox vacibdir. Kalsium və fosfordan zəngin olan qidalarla qidalanmaq sümük keyfiyyətini artırır. Uşaq yaşlarında süd, tərəvəzlə qidalanan uşaqlar sağlam sümüklərə sahib olurlar və onlarda boy uzanması ilə bağlı heç bir problem yaranmır.
M.Hacıyevin dediyinə görə, cücəboylu olan insanların boylarının uzadılması əməliyyatı var. "Bu isə hər insana tətbiq olunmur. Boyundan ciddi şikayət edən və 140 sm olan və bundan daha aşağı boya sahib olan insanları əməliyyat ilə boy uzatması etmək olur. Boy uzatması əməliyyatla, ayaqlara və qollara xüsusi cihazlar taxaraq aparılır. Boy uzadılması qurulan İlizarov sistemi ilə və ya irəli yaşlarda tətbiq olunan sümüyün içərisinə yerləşdirilən bir mismar üzərindən xaricdən ayağa ilişən fiksator köməyi ilə həyata keçirilir. Uzatma bir neçə mərhələli olaraq həyata keçirilir. Əlbəttə, erkən yaşda başlanılan müalicə çətin bir müddət ola bilər. Uzatma əsnasında ayaqlara yük verilməməsi və təkərli kürsü ilə hərəkət edilməsi vacibdir. Uzatma tamamlandıqdan sonra yavaş-yavaş sümüklərin vəziyyətinə uyğun gəzməyə icazə verilir. Bu müddət ərzində həftəlik uzanma miqdarı və uzanan sümüyün keyfiyyəti, yarana biləcək damar-sinir narahatlıqları, tel və ya mismar dibi infeksiyası və oynaq hərəkəti qiymətləndirilir".
Həmsöhbətimiz boy uzatma əməliyyatının çox əzab verən bir əməliyyat olduğunu deyir. Onun sözlərinə görə, insan boyundan ciddi problemlər yaşamırsa, onu uzatmağa da çalışmamalıdır. "İndi xaricdə boy uzadan dərmanlar da var. Sümük hər hansı bir ağrı deyil ki, ona dərmanla müdaxilə olunsun".
Ekspress.az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Boy kompleksi: bu əziyyətə dəyərmi?
26 May 2013 12:15
17 Şərh
Baxış: 24 041

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu 4 BÜRC ayın uğurlusu olacaq - Taleh qapılarını açır
-
Ardıcıl 4 gün iş olmayacaq
-
“ChatGPT” internetdə ən çox ziyarət edilən 5-ci sayt olub
-
Sahil Babayev bəzi şöbələri ləğv etdi
-
ABŞ-də iki israilli diplomat qətlə yetirildi - VİDEO - FOTO
-
Bakıya eniş edən Rusiya təyyarəsində ÖLÜM
-
Böyük dəyişikliklər gəlir - Bu bürclərin bəxti gətirdi
-
Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi - FOTO
-
Süni intellekt hər kəs üçün: Samsung, Galaxy A56 5G, A36 5G və A26 5G modellərini təqdim edir
-
Əhalinin DİQQƏTİNƏ! - Saat 10:00-da...
-
ZAMANIN ƏLƏYİ - Rafael Hüseynov yazır
-
Egey dənizində güclü zəlzələ oldu - Əhali təşviş içində
-
Rubl bahalaşdı, avro ucuzlaşdı - Dolların qiyməti də... - RƏSMİ
-
Xəzərdə zəlzələ oldu
-
Bu plastik əməliyyatlara icazə verilməyəcək
-
Ramiz Rövşənin səhhətində problem yarandı
-
“Kontrabas” festivaldan mükafatlarla qayıtdı - FOTOlar
-
UEFA Avropa Liqasının qalibi bəlli oldu
-
Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan
-
Azərbaycanda stomatoloqlara 1800 manat "plan" qoyulub? - VİDEO
-
Çirkli hava bu xəstəliyi inkişaf etdirir
-
2025-ci ildə Yer kürəsini 50-yə qədər maqnit fırtınası gözləyir
-
Manafla Pərvin efirdə QIRĞINA ÇIXDI: "Adını çəkin görək..."
-
Azərbaycanda iş tapmaq niyə çətinləşib? - VİDEO