Bundan sonra sürücülük vəsiqəsi almaq istəyənlərdən tibbi arayış tələb edilməyəcək. Milli Məclisin son iclasında "Yol hərəkəti haqqında" qanuna edilən əlavə və dəyişikliklər nəticəsində yalnız yaşı 60-dan yuxarı olanlar sürücülük vəsiqəsi alarkən tibbi arayış təqdim edəcəklər.
Qanuna edilən dəyişikliyə görə, 70 yaşından sonra sürücülərə hər iki ildən bir vəsiqəsinin dəyişdirmək tələbi də qoyulub. Deputat Qüdrət Həsənquliyevsə hesab edir ki, bu tələbin qoyulması həm 70 yaşını adlayan insanlara hörmətsizlikdir, həm də ayrı seçkilikdir: "Sanki onlara deyirik ki, sən həyatını başa vurmusan. İnsanlara bu cür davranmaq olmaz. 80 yaşında adamlar var ki, cavanlardan da gümrahdır".
Texniki baxış 4 ildən sonra keçiriləcək
Sürücüləri sevindirəcək digər bir dəyişiklik isə avtomobillərin texniki baxışdan keçirilməsi ilə əlaqədardır. Belə ki, yeni maşınlar istehsal olunduqları vaxtdan ancaq 4 il keçdikdən sonra ilk dəfə texniki baxışdan keçirilməli olacaq. Sonrakı müddətdə iki ildən bir keçiriləcək. Yalnız istehsal müddətindən 10 il keçdikdən sonra hər il texniki baxış tələbi olacaq. Texniki baxış Azərbaycanın 11 regionunda həyata keçiriləcək.
Qeyd edək ki, ötən ilin oktyabrında 20-dən çox QHT rəhbəri ölkə prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə nəqliyyat vasitələrinin dövlət texniki baxışdan keçmə sistemində islahatlar, ilk növbədə təzə avtomobillərin 3 il ərzində texniki baxışdan azad edilməsi təklif olunmuşdu.
Onu da deyək ki, yeni avtomobillər Fransa, İspaniya, Cənubi Koreya, Rusiya, Qazaxıstanda 3 il, Almaniya, Böyük Britaniya, Yaponiya, Polşada isə 2 il müddətinə texniki baxışdan azad edilirlər. Fransa və İspaniyada 3 ili tamam olandan sonra istismar müddətinin 10 ilinə qədər maşınlar 2 ildən bir texniki baxışdan keçirilir. Almaniya və Yaponiyada yalnız 11-ci ilinə keçdikdə hər il texniki baxış tələb olunur. Rusiya və Qazaxıstanda 7, Polşada 4 ildən sonra hər il avtomobillərin texniki baxışdan keçirilməsi məcburi xarakter daşıyır. ABŞ-ın 13 ştatında isə avtomobillərin texniki baxışdan keçməsi vacib deyil. Yəni bu, maşın sahiblərinin istəyindən asılıdır. Digər ştatlarda isə ya hər il, ya da 2 ildən bir bütün avtomobillər texniki baxışdan keçmək məcburiyyətindədirlər.
Ukraynada və Gürcüstanda da avtomobillərə texniki baxış ləğv edilib. Gürcüstan prezidenti Mixail Saakaşvili avtomobillərin texniki baxışının korrupsiya mənbəyi olduğunu düşünür. O hesab edir ki, avtomobil vətəndaşın və təşkilatın mülkiyyətidir və onun texniki sazlığında özü maraqlıdır, özü də qayğısına qalsın.
Sağlamlıq haqqında məlumat kartdan götürüləcək
Tibbi arayış tələbi olmadan vətəndaşlara sürücülük vəsiqəsinin verilməsinə gəlincə, Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə "Trend.az"a verdiyi məlumatda qeyd edib ki, şəxsiyyət və ya sürücülük vəsiqəsinin verilməsi zamanı tələb olunan tibbi arayışların "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi"ndən alınması nəzərdə tutulur. Bununla da Səhiyyə Nazirliyinin elektron informasiya bazasında arayışla bağlı bütün məlumatlar Daxili İşlər Nazirliyinin informasiya sistemində əks olunacaq: "Vətəndaşın şəxsiyyət vəsiqəsində yer alan qan qrupu, göz rəngi kimi fərdi məlumatlar tibbi arayışdan avtomatik əldə olunacaq. Artıq kənar müdaxilə və ya proseslərə ehtiyac qalmayacaq. Sadəcə, tibbi kartların identifikasiya kodu ilə məlumatlar bizim bazadan Daxili İşlər Nazirliyin bazasına göndəriləcək. Hazırda ikitərəfli məlumat mübadiləsinin təkmilləşdirilməsi üzərində işlər davam etdirilir. Daxili İşlər Nazirliyi ilə bizim optik rabitəmiz qurulub. Biz sözügedən nazirliyin elektron informasiya bazasından şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaqla, onun sahibi ilə bağlı məlumatları, təlimatları əldə edə bilirik". Onun sözlərinə görə, elektron baza gələcəkdə respublikanın digər dövlət müəssisələrinin elektron bazaları ilə birləşdiriləcək.
Qara plyonkaya görə 150 manat cərimə
Bundan sonra pəncərəsinə plyonka vurduran sürücülər 50 manat yox, 150 manat məbləğində cərimə ediləcək. Bu haqda dünən parlamentdə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul edildi. Həmin cərimə məbləği həm də tormoz sistemi, sükan idarə mexanizmi nasaz olan, normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə də tətbiq ediləcək.
"Yol hərəkəti haqqında" qanuna edilən digər dəyişikliyə görə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxslər yol hərəkəti qaydalarını pozarsa, yaxud sərxoş ikən bu hallara yol verərsə, onda həmin pozuntuya görə sanksiyalar da gücləndirilir. Belə ki, bir şəxsin ölümü ilə nəticələnən qəzalar zamanı 8 ilədək, 2 və ya daha artıq şəxsin ölümünə səbəb olma zamanı 12 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcək.
Bundan sonra maşınların pəncərəsinə qara plyonka vuran sürücülər 50 manat yox, 150 manat məbləğində cərimə ediləcək. Bu haqda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik qəbul edilib.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hesab edir ki. Bu qaydaların tətbiqi texniki baxış prosesinin sadələşdirilməsinə, daha da şəffaf olmasına gətirib çıxaracaq və hazırda mövcud olan əsassız bir sıra hallar aradan qalxacaq.
Kaspi.az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sürücülük vəsiqəsi almağın yeni qaydaları - ARAŞDIRMA
9 Aprel 2013 19:26
Baxış: 16 734

DİGƏR XƏBƏRLƏR
-
Bakıda fantastik qiymətə gilas SATILIR
-
Toyda bəyin hərəkəti gəlinin xoşuna gəlmədi - elə reaksiya verdi ki... - VİDEO
-
“Soyuqda həyətə çıxarıb üzərinə su tökürdü, başını yerə çırpırdı” - Bakıda DƏHŞƏT
-
Azərbaycanda baş müəllim VƏFAT ETDİ - FOTO
-
Bakıda 15 yaşlı qıza toy etdilər
-
Günün qoroskopu: heç nə səni sarsıda bilməz
XƏBƏR LENTİ
-
"İnter" 2 ulduzunu GÖNDƏRİR
-
DTX əməliyyat keçirdi: çox sayda terrorçu ƏLƏ KEÇDİ
-
Azərbaycanda bu valyutalar UCUZLAŞDI, dollar isə...
-
50 yaşlı kişi alçaya görə öldü
-
Bu bürclərin üzünə bütün qapılar AÇILACAQ
-
Zaur Nəbioğluna ağır İTKİ
-
Papa Ukrayna və Yaxın Şərqdə sülhə çağırdı
-
Cəbhədə inanılmaz hiylə: ruslar belə aldadılır
-
Yusif Eyvazov "Lamborgini"ni 300-lə sürdü - VİDEO
-
Azərbaycanda illik ödənişi 9 min manat olan ixtisaslar var - Səbəb nədir? - VİDEO
-
Mehindən iddialı pozlar - VİDEO
-
Sirkə bu xəstəliklərin düşmənidir
-
Bunları etsəniz toz evinizdən “qorxacaq"
-
Gülüşün sağlamlığa FAYDALARI
-
Ürəyin 1 nömrəli dərmanı bu meyvədir
-
Qorxu filmi ab-havasının hökm sürdüyü şəhər - FOTOlar
-
102 yaşlı Şarffenberqin uzun yaşamaq SİRRİ
-
Hindistan və Pakistan arasında atəşkəs "WhatsApp"la əldə edilib - AÇIQLAMA
-
Göyçayda güclü yanğın oldu - FOTO
-
"Bizim həkimlərdən küsdüm"
-
Ağcabədidə külək mağarı uçurdu, toy yarımçıq qaldı - VİDEO
-
Mahir Şükürovun toyudur
-
Evdəki bu cihazlar işıq pulunu ikiqat artırır
-
Ali məktəblərə keçid balları arta bilər - VİDEO