Cəmiyyət

Yollarda təhlükəsizliyin təmin olunması üçün strategiya hazırlandı

3 Aprel 2013 11:24
Baxış: 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Trend-in məlumataına görə, bu barədə çərşənbə günü Niderland səfirliyi tərəfindən təşkil olunan seminarda Azərbaycanın nəqiliyyat nazirinin müavini Musa Pənahov bildirib.

"Strategiya baxılmaq üçün artıq müvafiq orqanlara təqdim olunub. Onun əsas istiqamətlərindən biri kimi təhlükəsizlik yol infrastrukturunun yaradılması, yolların işıqlandırılmasının təmin olunması, yol işarələrinin quraşdırılması və s. nəzərdə tutulub", - Pənahov bildirib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda nəqiliyyat sektorunda böyük işlər görülüb. Yol-nəqliyyat infrastrukturunun qurulması öz növbəsində avtomobillərin sayının çoxalmasına gətirib çıxarıb ki, bu da müvafiq olaraq qəzaların sayının artması ilə nəticələnib. Nümunə kimi göstərmək olar ki, Azərbaycanın müstəqilliyinin ilk illərində avtomobillərin sayı 200 mindən bir az artıq idisə, hazırda bu göstərici 1,15 milyon ədəddir.

Ötən il 2011-ci ilə nisbətən ölümlə nəticələnən avtomobil qəzalarının sayı 6 faizə qədər artıb. Nazir müavininin fikrinə görə, bu göstəricinin aşağı salınması üçün bütün lazımi tədbirlər görülməlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.