Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
"İmtahan testlərinə yeni suallar bir müddət keçəndən sonra, yəni sürücülüyə namizədlər yol hərəkəti qaydalarına edilən əlavə və dəyişiklikləri mənimsədikdən sonra salınacaq", - Əliyev qeyd edib.
İyunun sonunda Azərbaycan Parlamenti növbədənkənar iclasda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklikləri qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyev yeni dəyişikliklərin iyulun 1-dən etibarən tətbiqinə başlanması barədə sərəncam imzalayıb. Dəyişikliklər ötmə qaydası, qeyri-standart siqnalların istifadəsi, arxa şüşələrin tünd rəngdə olması və s. ilə bağlı olub.
Yeni qanun avtomobili idarə edərkən mobil telefondan istifadə üçün cərimənin məbləğinin artırılmasını nəzərdə tutur.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi onu da qeyd edib ki, imtahanlara hazırlıq üçün namizədlər internet şəbəkəsində göstərilən şablon vasitəsiləri deyil, "Yol hərəkəti haqqında" qanunu və İnzibati Xətalar Məcəlləsini əsas götürməlidirlər.
"Sürücülük vəsiqəsinin alınmasına iddialı olan namizəd konkret vəziyyətləri deyil, qanunvericilik bazasını öyrənməlidir. Bununla əlaqədar olaraq dövlət yol polisi şablon testlərdən istifadə etməməyi tövsiyə edir", - Əliyev vurğulayıb.
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Dövlət Yol Polisi: Sürücülük vəsiqəsi üçün imtahan sualları dəyişməyib
8 İyul 2010 17:10
Baxış: 18 681

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məşhur futbol klubu Avropa Liqasından kənarlaşdırıldı - SƏBƏB
-
Acunun 22 milyon borcu var
-
Məktəblilərə dron uçurmağı öyrədəcəklər
-
Dövlət Departamentinin minlərlə əməkdaşı işdən çıxarıldı - FOTO
-
İstirahət zamanı ailə faciəsi - 2 yaşlı qızı su apardı
-
Hava limanlarını robot çaqallar qoruyacaq - FOTO
-
Azərbaycan təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?
-
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb - FOTO
-
Xameneinin nümayəndəsi müəmmalı şəkildə öldü
-
Azərbaycanda ən çox bu rayonda ailə qurublar
-
Dünyada yeni dövlət yaranır
-
Dizel və benzinlə bağlı yenilik
-
Əhməd Əl Şaraa Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
-
"Arvadım maşınımın içini də yoxlayır"
-
İlham Əliyev: Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb
-
Tehranda güclü partlayış - FOTO
-
Əhməd Əl Şaraa İlham Əliyevə təşəkkür edib
-
Messinin vida matçının təxmini tarixi AÇIQLANDI
-
Azərbaycanda bu sahədə çalşanlar 3743 manat maaş alır
-
9-cu sinif şagirdi bıçaqlandı
-
Ərdoğan gənc xanımı yüksək vəzifəyə təyin etdi – FOTO
-
Daha bir rayonda ehsan verilməyəcək
-
"Tamaşaçılar dünyanı dağıtdı ki, sənin kimi adamın yanında..."
-
"Real" dünya ulduzunu buna görə satacaq - Şok səbəb