Cəmiyyət

2013 - "Qara ilan ili" nələr vəd edir?

8 Dekabr 2012 13:47
0 Şərh     Baxış: 11 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yeni ilə artıq sayılı günlər qalıb. İndi astrologiya ilə maraqlanan çoxsaylı insanları Şərq təqviminə görə, 2013-cü ilin hansı heyvan üstə təhvil olacağı maraqlandırır. Bəribaşdan qeyd edək ki, Şərq təqviminə görə, 2013-cü il "Qara ilan ili"dir. Bəs "Qara ilan ili" nələr vəd edir?

Oxucuların marağını nəzərə alaraq, "Qara ilan ili" haqqında məlumatları təqdim edirik.

Öncə "İlan ili" haqqında...

Çin təqviminə görə, 2013-cü il qara su ilanı ilidir. Yeni il 2013-cü il fevralın 10-da daxil olacaq və 2014-cü il yanvarın 31-dək hökm sürəcək. Əgər "2012 əjdaha ili" Çin kişi simvolu "Yan"a məxsus olan kişi xüsusiyyətlərinə malik idisə, "qara ilan ili" əksinə, qadın simvolu "İn"in xüsusiyyətlərinin daşıyıcısı olacaq. İlan məkrli və zəhərli heyvan olduğu qədər də müdrik və səbirli heyvandır. Onu Avropa ölkələri qorxulu və ölümcül hesab edirlər, lakin Asiya ölkələri üçün ilan müdriklik, zəriflik, intellekt rəmzidir.

Astroloqlar deyirlər ki, gələn ildən qorxmaq lazım deyil, nə qədər sürprizli və gözlənilməz hadisələr baş versə də, 2013 ümumilikdə və 2012-yə nisbətən sabit keçəcək. İlan planlı hərəkət edərək hər addımını düşünüb, məsuliyyət daşıyan insanlara hamilik edəcək. İlan sakitliyi və sabitliyi sevdiyi üçün aqressiya yeni il üçün xarakterik deyil. Lakin gözlənilməz dönüşlər baş versə, onunla heç kim bacara bilməyəcək, yolunda olan hər şeyi dağıdacaq. Odur ki, hər bir işi görərkən yüz ölçüb bir biçmək lazımdır, diqqətli və məsuliyyətli olmaq sizi ilanın təlatümlərindən qurtara bilər.

Astroloqlar "İlan ili"ndə bizləri daha diqqətli olmağa çağırır...

Əgər həm şəxsi həyatınızda, həm də işlərinizdə irəli getmək istəyirsinizsə, hər şeyə məsuliyyətli yanaşmaq lazımdır. Heç nəyə laqeyid yanaşmayın. İntizamlı və səbirli olmaq mütləqdir. Laqeyidlik və tənbəllik edən insanlar bu il geriləyə, pul və prestijlərini itirə bilərlər.

Bu il sirlərinizə daha yaxşı sahib çıxmalısınız. 2013-cü ildə ortaya çıxacaq sirləriniz həyatınızı alt-üst edə bilər.

"İlan ili"ni tünd rəngli geyimdə qarşılamağı astroloqlar məsləhət bilirlər. Əgər gələn il tək olsanız, heç də pis olmayın, bu müddətdə öz daxili aləminə səyahət etmək məqsədəuyğundur.

2013 mübarizə aparmaq üçün çox çalışmaq və inadkar olmaq gərəkdir. Çox enerji sərf etməli olsanız da, həm sevgidə, həm də işdə şanslı ola bilərsiniz.

"İlan ili"ndə doğulan insanların xüsusiyyətləri...

İlan - gözəllik, müdriklik və incəsənət nümunəsidir. Güclü işçi qabiliyyətinə malikdir, lakin kinlidir. İlan - ağıllı varlıqdır, heç nədən heç kimə zərər yetirməz. "İlan ili"ndə anadan olmuş insanlar ağıllı, soyuqqanlı və dözümlü olurlar. İlan öz müdrikliyinə, uzaqgörənliyinə və hökmünə görə həmişə seçilib. Bəxti çox şeydə gətirir, istədiyi çox şeyə nail ola bilir. "İlan ili"ndə doğulan insanlar həmişə şıq geyinməyi sevirlər, lakin bir az eqoistdirlər, köməyə isə ancaq rəğbəti olduqda çatarlar. İlan heç vaxt başqalarının fikirlərinə inanmır, buna görə də öz intuisiyasına arxalanaraq hər şeyi özü həll etməyi üstün tutur, özlərinə güvənməkdə həddi aşırlar. O, öz məqsədinə çatmaq üçün hər şeyi alt-üst edə bilər. Şərqdən gələn fikirlər təsdiq edir ki, ilanın öküz, xoruz, əjdaha ilə gözəl ailə həyatı olur, siçan, it və dovşan ona yaraşır, uğursuz ailə həyatı meymunla, bədbəxt ailə həyatı isə pələng və donuzladır. Qadınlar - zərif, mərd, asılı olmayan olurlar, lakin hərdən qarşısı alınmaz səhvlər buraxırlar. 

Bununla yanaşı, bildirilir ki, ilan ilində doğulan insanlar mürəkkəb xarakterlidirlər. Anadangəlmə müdrikdirlər. Qaradinməzdirlər, işləri hər zaman rəvan gedir, lakin çox vaxt xəsislik edirlər. Bəzən xudpəsənd və şöhrətpərəstdirlər, lakin bəxti o qədər də yaxşı gətirməyən həmkarlarına fəal kömək edə bilirlər. Qətiyyətlidirlər, məqsədə çatmağa var qüvvə ilə can atırlar. Uğursuzluqlardan çox məyus olurlar.

Modern.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.