Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyunun II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Həmin dövrdə Kür çayında suyun sərfi iyun ayının I ongünlüyünə nisbətən 61 m3/san azalaraq 432 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 499 m3/san olmuşdur. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar 4, mis birləşmələri 3 dəfə YVQH keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 4,07-5,93 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Nazirlik: Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
22 İyun 2010 12:13
Baxış: 1 166
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Hissləriniz sizi doğru istiqamətə aparır
-
Dəyərindən baha pul satılır - VİDEO
-
Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının sayı açıqlandı - rəsmi
-
Bəzi ərazilərdə su kəsiləcək - Xəbərdarlıq
-
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - açıqlama
-
İcra başçısı onlara yüksək vəzifə verdi
XƏBƏR LENTİ
-
Soyuq havada quru dəri problemindən necə xilas olaq?
-
Şorba sevənlərə mühüm xəbərdarlıq
-
Qışda quru dəri problemi artır: Dərinizi necə qorumalısınız?
-
NASA Ay torpağından oksigen istehsal etməyi bacardı
-
"Zəncirbəndini açdı, 1 milyon dollar qazandı" - FOTO
-
Bakıda torpaq sürüşməsi baş verib - VİDEO
-
Pərvin Abıyeva: “Qardaşım” dediyim insanlardan alçaqlıq görmüşəm”
-
"Nyukasl"ın futbolçusu: "Qarabağ" qeyri-adi komandadır"
-
Pezeşkian: Sosial bərabərsizliklə barışmaq qəbuledilməzdir
-
Günün qoroskopu: Hissləriniz sizi doğru istiqamətə aparır
-
“Ürəyimlə ciyərimin ortasında şiş yarandı”
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Dəyərindən baha pul satılır - VİDEO
-
Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının sayı açıqlandı - rəsmi
-
Həbib Nurməhəmmədovun illik gəliri təəccübləndirdi
-
Ukraynanın keçmiş ədliyyə naziri həbs edildi
-
Bakıda Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirildi - FOTO
-
"Efirdə tərbiyəsizlərin yox, ağıllı danışanın mikrofonunu bağlayırlar"
-
Bəzi ərazilərdə su kəsiləcək - Xəbərdarlıq
-
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Zeynəb Xanlarovanın yeni FOTOSu
-
“Liverpul” ulduz futbolçusunu yayda satmağa hazırdır
-
Hacıqabulda ağır qəza - ölən var
-
"Didərgin düşdüyümüzə görə çox alçalmışıq"





