Qadağan olunmuş dövlət torpaqları dəyişdirilmədən çıxarılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət mülkiyyətində olan əmlakın dəyişdirilə bilməsinin hüquqi əsası yaradılır.
Milli.Az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsası yaradılır.
Belə ki, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı (dövlət torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirmənin predmeti ola bilməz.
Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək. Həmçinin "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna təklif edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edirlər.
Qanun qəbul edildikdən sonra dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsinin qaydası təsdiq ediləcək.
Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcək./qafqazinfo
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu yağı qətiyyən almayın - Uyğunsuzluq tapıldı
-
Türkiyədə sorğu: “Azərbaycanın daxili işlərinə qarışmağa haqqımız yoxdur” - (Video)
-
Bir neçə vitamini eyni vaxtda qəbul etmək olarmı?
-
Biləcəri sakinlərinin nəzərinə: Avtobuslarla bağlı yeni qərar
-
Gələn il orta əməkhaqqı bu qədər olacaq
-
Azərbaycanda məzuniyyət qaydası dəyişir
XƏBƏR LENTİ
-
Bu yağı qətiyyən almayın - Uyğunsuzluq tapıldı
-
Ronaldo milli karyerasını başa vurdu
-
Türkiyədə sorğu: “Azərbaycanın daxili işlərinə qarışmağa haqqımız yoxdur” - (Video)
-
Bir neçə vitamini eyni vaxtda qəbul etmək olarmı?
-
Biləcəri sakinlərinin nəzərinə: Avtobuslarla bağlı yeni qərar
-
Bu ölkədə kişi qıtlığı yarandı - 7600 manat maaş təkif edirlər
-
Gələn il orta əməkhaqqı bu qədər olacaq
-
Ronaldonun klubundan təqdirəlayiq addım - (Foto)
-
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarıldı
-
İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var
-
“Yeraltı”nın Sultanı sevgilisi ilə görüntüləndi – (Video)
-
Sinan Özen qəzaya düşdü - (Foto)
-
Daha bir tiktoker saxlanıldı
-
Nigar Fərhadın əri yenidən həbs olundu
-
Əli Verdiyevə vəzifə verildi
-
Ərdoğan Zəfər Günü Azərbaycana gələcək
-
Kamran Ağabalayev: “İtin günündəyik” - (Video)
-
Azərbaycanda məzuniyyət qaydası dəyişir
-
Erməni lobbisi ABŞ Konqresində revanşa hazırlaşır
-
Dövlət qərarlarının ikinci imzası: İctimai etimad
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Paşinyan Türkiyəyə gedir - COP31-də iştirak edəcək
-
Sürücülər bu gün xüsusilə diqqətli olsun - DYP-dən çağırış
-
Benzin və dizellə bağlı mühüm xəbər





