Yeni 100 manat belə OLACAQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.
Milli.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı da beynəlxalq təcrübəni nəzərə alaraq, pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərinə başlamış və 2021-ci ildən yenilənmiş 1, 5, 10, 20 və 50 manatlıq kağız pul nişanları tədavülə buraxılıb.
Proseslərin davamı olaraq, "İqtisadiyyat və inkişaf" mövzusuna həsr olunan 100 manatlıq pul nişanının mühafizə sistemi və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.
Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanının 15 iyul 2026-cı il tarixindən tədavülə buraxılmasını elan edir.
Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi "Spark Flow Prime" elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilmişdir), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.
Yenilənmiş 100 manatın üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir.
Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.
Bildiririk ki, yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək
Ön və arxa tərəflərinin təsvirləri əlavə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cəfər Əsədova yüksək vəzifə verildi
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası
-
Bakıxanov parkında nə baş verir? - İddialara aydınlıq gətirildi
-
Magistratura imtahanına hazırlaşanlar üçün VACİB XƏBƏR
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Hava qəfildən dəyişir - Xəbərdarlıq EDİLDİ
XƏBƏR LENTİ
-
Mourinyo 6 futbolçunu "Real"dan göndərəcək
-
Həmin sürücü həbs edildi
-
"Qazancım yoxdur, geyimimə, layihələrə yatırım edə bilmirəm"
-
Millimiz dünya çempionatında ikinci qələbəsini qazandı
-
Cəfər Əsədova yüksək vəzifə verildi
-
ABŞ-də güclü zəlzələ oldu
-
Şəhid atası vəfat etdi - FOTO
-
Rövşən Muradov vəfat etdi
-
“Mən olmasaydım, İsrail mövcud olmazdı”
-
Oğurladığı 10 mini görün nəyə xərclədi - VİDEO
-
Velosiped sürən uşağı maşın vurdu
-
Küveyt onlara 24 saat vaxt verdi
-
Kafedən oğrluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı
-
20 yaşındakı arzusunu 30 il sonra gerçəkləşdirdi
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlər silsiləsi uğurla davam edir - FOTO
-
Bakıda məşhur siqaret yoxa çıxıb - Satış nöqtələrində tapılmır
-
Azərbaycanlı müğənni saçlarını kəsdi - FOTO
-
Paşinyandan göyərçin şousu - VİDEO
-
PFL-in prezidenti postuna iddialı namizəd
-
Bakılı qadın Rusiyada nazir təyin olundu
-
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir
-
Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib - FOTO
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası





