Cəmiyyət

Bəzi avtobusların hərəkət istiqaməti DƏYİŞDİ

10 Aprel 2026 10:04
Baxış: 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda üç marşrutun hərəkət istiqamətində dəyişiklik olub.

Milli.Az xəbər verir ki, bununla bağlı Bakı Bus MMC məlumat yayıb.

Bildirilib ki, Maştağa qəsəbəsində Axund Mirzə Əbdülkərim küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq M8 saylı marşrut xətti müvəqqəti olaraq şəhər istiqamətində Mehdi Hüseynzadə küçəsi ilə, 172 saylı marşrut xətti müvəqqəti olaraq şəhər istiqamətində Seyid İbad Ağa küçəsi ilə hərəkət edir.

Bundan başqa, Sahil qəsəbəsində Vaqif Ələkbərov və Emin Quliyev küçələrində yolda yaranmış çuxurlarla bağlı 149 saylı marşrut xətti son dayanacağa gedə bilmir. Marşrut müvəqqəti olaraq Sahil qəsəbəsində Rövşən Rzayev parkının yanında dayanır.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.