Paytaxt sakini Günay Kərimli estetik əməliyyatdan sonra bədəninin deformasiya uğradığını bildirib.
Milli.Az xəbər verir ki, şikayətçinin sözlərinə görə, bir neçə il əvvəl plastik cərrah kimi fəaliyyət göstərən Səkinə Xudiyeva mammaplasika, abdominoplastika və qolgərmə əməliyyatları üçün müraciət edib. Pasient edilən əməliyyatların uğursuz nəticələndiyini və əməliyyatdan sonra ciddi fəsadların yarandığını iddia edir:
"Yaranan qüsurların aradan qaldırılması üçün həkim tərəfindən təkrar əməliyyat oldum. Həmin əməliyyatın nəticəsi də uğursuz oldu. Həkim 3-cü dəfə əməliyyat olunmağımı bildirəndə isə mən getmədim".
İddialarda adı keçən həkim bildirdi ki, əməliyyatdan sonrakı dövrdə nəticə gözəl idi:
"Pasient həmin dövrdə qidalanmanı, pəhrizi pozurdu. Əgər çəki alacaqsansa, bu deformasiyalar olacaq. Hazırda pasient 10 kilo artıq çəki alıb".
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, Səkinə Xudaverdiyevanın ümumi cərrahiyə üzrə ali tibbi təhsili var, lakin sertifikasiyadan keçməyib:
"Plastik cərrahiyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə həkim mütəxəssislərin adı olmayan şəxslərin plastik cərrahiyə prosesi ilə məşğul olması qanunvericiliyə zidd hesab olunur. Həmin həkimlə bağlı mərkəzə daxil olan son şikayət 2025-ci ildə qeydə alınıb. Onun çalışdığı klinikada plandan kənar yoxlama həyata keçirilib. Yoxlama zamanı Səkinə Xudaverdiyevanın otağının qapısı bağlı olub, klinika rəhbərliyi tərəfindən onun həmin klinikada fəaliyyət göstərməsi ilə bağlı sənədlər təqdim edilməyib. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib və aidiyyatı icraata göndərilib".
Aysel
Milli.Az





