Cəmiyyət

İrandan Azərbaycanın sərhədi vasitəsilə 1899 nəfər təxliyə edilib - FOTO

8 Mart 2026 20:25
Baxış: 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 28 fevral 8.00-dan - 8 mart saat 18:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1873 nəfər təxliyə olunub.

Belə ki, 538 Çin, 314 Azərbaycan, 290 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İran, 26 İspaniya, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya,16 Fransa, 14 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 10 Bolqarıstan, 10 Konqo, 10 Nigeriya, 8 Braziliya, 8 Böyük Britaniya, 8 Qazaxıstan, 7 Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Kanadanın hər birinin 6, Serbiya, Əfqanıstan, Avstriya, İsveçrə və Çexiyanın hər birinin 5, Bəhreyn, İordaniya, Şri-Lanka, Ukrayna, Türkiyə, Macarıstan, Belçika, Küveyt və Banqladeşin hər birinin 4 vətəndaşı təxliyə edilib.

Siyahıda həmçinin Qətər, Meksika, Filippin, Finlandiya, Rumıniya, Xorvatiyanın hər biri üzrə 3 vətəndaş, Nepal, Livan, Qırğızıstan, Yəmən, Sudan, Hindistan, Kiprin hər biri üzrə isə 2 vətəndaş yer alıb. ABŞ, Polşa, Avstraliya, Tunis, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir, Myanma, Maldiv adaları, Kuba, Cənubi Afrika, İsveç və Vatikanın hər biri üzrə isə 1 nəfər Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.