Cəmiyyət

Bəzi şəxslərə 1000 manat veriləcəyi haqda xəbər yamışdı - Həbs olundu

27 Fevral 2026 23:57
Baxış: 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəklərdə 1932-ci ildən 2017-ci ilə qədər doğulmuş vətəndaşlara Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1000 manat veriləcəyi ilə bağlı paylaşım edən şəxs həbs olunub.

Milli.Az-ın əldə etdiyi məlumata görə, 35 yaşlı H.M-ya inzibati qaydada 9 sutka həbs verilib.

İnternetdə yayılması qadağan edilən məlumat paylaşmaqda təqsirli bilinən şəxsin bazarda satıcı işlədiyi məlum olub. O, əməlindən peşman olduğunu, bir daha belə şey etməyəcəyini deyib.

Qeyd edək ki, həmin paylaşım tiktokda qısa müddətdə 13 min nəfər tərəfindən izlənib. İzləyicilərin çoxu pulu necə ala biləcəklərini soruşublar.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.