Akademiyada təəssüf ki, yüksək reytinqli impakt faktorlu məqalələr baxımından keçən illə müqayisədə irəliləsək də, göstəricilərimiz çox da ürəkaçan deyildir.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli AMEA-nın 2025-ci ilin elmi yekunlarına həsr edilmiş Ümumi yığıncağında deyib
Onun sözlərinə görə, akademiyanın elmi bölmələrinin rəhbərləri, elmi-tədqiqat institutlarının direktorları bu sahədə ciddi dönüş yaratmaq üçün çox çalışmalıdırlar:
"Son illərdə Nobel mükafatına layiq görülmüş işlərin demək olar ki, hamısının kollektiv tədqiqatlardan ibarət olduğunu nəzərə alsaq elmdə beynəlxalq əməkdaşlığın nə qədər aktual və zəruri olduğunu görə bilərik".
Qeyd edib ki, 2025-ci ildə AMEA-nın əhatə etdiyi 9 elmi tədqiqat institutunda, regionlarda yerləşən 2 elmi bölmədə və 2 regional elmi mərkəzdə elmi tədqiqat işi yerinə yetirilib.
Mina Mikayılova
Milli.Az





