Cəmiyyət

Qar yağıb, qatı duman müşahidə olunur - FAKTİKİ HAVA

25 Fevral 2026 10:42
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın əksər yerlərində hava şəraiti arabir yağıntılı olub.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 10:00-a olan məlumatında bildirilib.

Qeyd olunub ki, dağlıq ərazilərə - Kəlbəcər, Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay(Şəki), Xızı, Qrız, Şahbuz, Şahdağda qar yağıb.

Qarın hündürlüyü Daşkəsəndə 5, Gədəbəydə 4, Kəlbəcərdə 3, Göygöldə 2, Şahbuzda 1 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 29, Lənkəranda 5, Qəbələ, Qax (Sarıbaş), eyni zamanda Bakıda və Abşeron yarımadasında 4, Tərtər, Oğuz, Qobustan, İmişli və Lerikdə 3, Balakən, Zaqatala, Şamaxı, Mingəçevir, Yevlax və Neftçalada 2, Şərur, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Quba, Qusar, Cəlilabad, Bərdə, Göyçay, Sabirabad, Biləsuvar, Yardımlı, Ağdam, Goranboy, Laçın, Qubadlı və Şuşada 1 mm-dir.

Daşkəsən, Göygöl, Füzuli, Xankəndi, Xocalı, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.