Cəmiyyət

Pensiyalar ÖDƏNİLDİ

11 Fevral 2026 13:53
Baxış: 1 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikası (MR) üzrə fevral ayının pensiya ödənişləri başa çatdırılıb.

Milli.Az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının pensiya ödənişi yekunlaşdırılıb.

Prezident İlham Əliyevin 2026-cı il 9 fevral tarixli "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamına uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.

Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödənilib. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.