Cəmiyyət

Daha bir heyvan bazarı açıldı

29 Yanvar 2026 16:02
Baxış: 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib. Belə ki, bazar ərazisi asfaltlanıb.

Milli.Az xəbər verir ki, giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Rampa və çardaqlar quraşdırılıb. Baytarlıq nəzarəti məqsədilə kliniki baxış platformaları yaradılıb. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib. 

Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

Qeyd edək ki, bundan öncə Beyləqan, Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.