Cəmiyyət

İcra başçısı təltif etdiyi müavinini işdən çıxardı - FOTO

28 Yanvar 2026 18:29
Baxış: 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

Milli.Az-ın İqtisadiyyat.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı icra başçısı Elnur Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bəxtiyar Osmanov icra başçısının müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, B.Osmanov uzun illərdir icra hakimiyyətində başçının müavini vəzifəsində çalışırdı. Onu bu vəzifəyə 2004-19-cu illərdə rayonun başçısı olmuş mərhum Şəmsəddin Xanbabayev təyin etmişdi.

Ötən ilin sentyabrında Bəxtiyar Osmanovun 50 yaşı tamam olub və həmin vaxt icra başçısı onu yubileyi ilə əlaqədar olaraq təltif edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.