Cəmiyyət

Adnan Əhmədzadənin həbsdə ilk doğum günü - Haradan-haraya...

24 Yanvar 2026 13:41
Baxış: 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beş ay əvvəl həbs xəbəri ilə ölkə gündəmini dəyişən məşhur iş adamı Adnan Əhmədzadə üçün xüsusi gündür.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu gün dustaq iş adamı 48 yaşını tamamlayır.

Ənənəvi dəbdəbəli ad günlərinin əksinə olaraq, Əhmədzadə yeni yaşını Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) səssiz təcridxanasında qarşılayır. Alışdığı təmtəraqdan fərqli olaraq bu dəfə stolunun üstündə çoxmərtəbəli tortlar və şampanlar yox, yalnız çox vərəqli istintaq materialları var.

Bir vaxtlar Messi, Ronaldinyo, İnyesta, Suares kimi dünya ulduzlarının təbrik etdiyi bir insanın bu gün dörd divar arasında özü-özünü təbrik etməsi həyatın ən böyük sürprizidir. O günlərdən qalan isə yalnız xatirələr və bir də yəqin ki, Messinin bağışladığı saatdır.

Adnan Əhmədzadənin gələcək ad günlərini harada keçirəcəyi məlum deyil, amma ittiham olunduğu maddələrin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulduğu dəqiqdir.

Qeyd edək ki, iqtisadi təhlükəsizliyə qarşı təxribat, xüsusilə külli miqdarda mənimsəmə kimi xüsusilə ağır cinayət əməllərində təqsirləndirilən iş adamının həbs müddəti 10 gün əvvəl daha bir neçə ay uzadılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.