Cəmiyyət

Metroda gedişhaqqı ilə bağlı yenilik - Məsafə və zonaya görə qiymət dəyişəcək

7 Yanvar 2026 16:42
Baxış: 4 041
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir. Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər.

Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli tarif dəyişiklikləri haqqında danışarkən bildirib.

Departament rəhbəri qeyd edib ki, tarif dəyişikliyinin əsas məqsədi gəlirləri artırmaqdan daha çox, xidmətin təhlükəsizliyini, etibarlılığını və dayanıqlılığını təmin etməkdir.

"Yeni tarif çərçivəsində işarəvermə və enerji sistemlərinin təkmilləşdirilməsi, hərəkət qrafikinin daha sabit və çevik qurulması, intervalın azaldılması, o cümlədən 34 cüt qatarla istismar imkanlarının genişləndirilməsi və stansiyalarda xidmət keyfiyyətinin yüksəldilməsi kimi istiqamətlər prioritet təşkil edir. Görülən işlərin nəticələri növbəti maliyyə və fəaliyyət hesabatlarında əksini tapacaq".

Qeyd edək ki, metroda diferensial tarif o deməkdir ki, sərnişin metrodan istifadə məsafəsinə, istifadə etdiyi zonaya və ya sərnişin kateqoriyasına (tələbə, təqaüdçü, işləyən sərnişin) görə fərqli qiymət ödəyir./marja.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.