Cəmiyyət

İxtisaslaşmış jurnalistlərin hazırlığı üzrə yeni təlim proqramına START VERİLİR - FOTO

7 Yanvar 2026 16:43
Baxış: 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun illərdir Azərbaycanda sahəvi jurnalistikanın inkişafının vacibliyi önə çəkilir. Artıq ixtisaslaşmış müxbirlərin yetişməsi bu sahənin yaşaması üçün həyati əhəmiyyət daşıyır. Çünki cəmiyyət texnologiya çağındadır və süni intellekt sürətlə media sahəsinə nüfuz edir. Əvvəllər ümumi biliklərə malik olan jurnalistlərin ən yaxşı şəkildə gördüyü işi bu gün müəyyən proqramlar daha əhatəli və operativ həll edir. İndi jurnalist təkcə məlumatı çatdırmaqla kifayətlənməməli, araşdırmalı, analiz etməli, sahənin dərinliklərinə enməli, oxucunu düşündürməli, maarifləndirməlidir. Bunu isə yalnız sahəyə bələd olan, həmin mövzunu illərlə izləyən, əlaqəli prosesləri anlayan müxbir bacarır.

Milli.Az xəbər verir ki, bu reallığı nəzərə alaraq, Yurd.Media "Praktik Media Məktəbi"nə start verir. Təlimlərə cəlb olunacaq gənclər seçilmiş istiqamət üzrə tədbirlərin işıqlandırılması, müsahibələrin alınması, reportajların təşkili, araşdırmaların hazırlanması, aktual mövzuların işlənilməsi üzrə praktik bacarıqları mənimsəyəcək, həmin sahədə daha dərin biliklərə sahib olmaq üçün istiqamətləndiriləcəklər.

Ödənişsiz əsasda təşkil olunacaq kurslar 5 ay müddətində davam edəcək, uğurla bitirənlərə sertifikat veriləcək, bütün fərqlənənlərin işlə təminatına yardım göstəriləcək.

Layihə, bütün media qurumlarının iştirakına açıq olmaqla yanaşı, həm də dövlət və özəl sektor nümayəndələri ilə qarşılıqlı faydalı əməkdaşlıq platforması kimi nəzərdə tutulur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.