Hərbçilər üçün müavinət ödənişlərində yeni qayda: Kim nə qədər alacaq? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabinetinin qərarı ilə hərbi qulluqçular və ədliyyə orqanlarında çalışan şəxslərin işdən çıxarılarkən alacaqları birdəfəlik müavinətlərin yeni hesablanma mexanizmi müəyyən edilib. Yeni qaydalar müavinətin neçə aylıq olacağını və hansı maaşlar əsasında hesablanacağını dəqiqləşdirir.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əvvəlki dövrdə bu sahədə müxtəlif hallarda qeyri-müəyyənlik yaranırdı.
Qərara əsasən, xidmətdə son yaş həddinə çatdığı üçün işdən azad edilən şəxslərə daha yüksək məbləğdə birdəfəlik müavinət ödəniləcək. Bu müavinət son vəzifə və rütbə maaşları əsasında hesablanacaq. Beləliklə, şəxsin xidməti başa çatdıqdan sonra sosial təminatı konkret mexanizm əsasında həyata keçiriləcək.
Yeni qaydalara görə, hərbi xidmətdən məhkəmə qərarı istisna olmaqla, başqa əsaslarla azad edilən şəxslərə iki aylıq vəzifə və rütbə maaşı həcmində müavinət ödəniləcək. Əgər şəxs xidmətdə olmanın son yaş həddinə çatdığı üçün işdən çıxarılırsa, bu halda beş aylıq birdəfəlik müavinət nəzərdə tutulur. Yaş həddinə çatmadan xidmətdən azad edilənlər isə iki aylıq müavinətlə təmin olunacaqlar.
Yeni qaydalar müavinətlərin verilməsi ilə bağlı bütün əsas halları sistemləşdirir və hüquqi boşluqları aradan qaldırır. Bu isə gələcəkdə oxşar məsələlərlə bağlı mübahisələrin qarşısını almağa imkan verəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi bu qaydalar daxili işlər orqanlarının əməkdaşlarına şamil edilmir. Daxili işlər sistemində çalışan şəxslərin sosial təminatı mövcud xüsusi qanunvericilik əsasında tənzimlənir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İşə gedənlər üçün pozitiv qalmağın YOLLARI
-
1 həftə bunu edin - Nəticəyə özünüz də inanmayacaqsınız
-
Səhər, günorta, yoxsa axşam? - Duş almağın ən uyğun vaxtları
-
Sadə resept, böyük dad - Südlü qarğıdalı piroqu
-
Günün qoroskopu: taleyin pıçıltısını eşidəcəksiniz
-
Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTO
XƏBƏR LENTİ
-
3 bürc üçün may ayında romantik görüş baş tutacaq
-
Bir stəkan pivə sağlamlıq üçün faydalı imiş
-
İşə gedənlər üçün pozitiv qalmağın YOLLARI
-
1 həftə bunu edin - Nəticəyə özünüz də inanmayacaqsınız
-
Səhər, günorta, yoxsa axşam? - Duş almağın ən uyğun vaxtları
-
Sadə resept, böyük dad - Südlü qarğıdalı piroqu
-
Konsertə yeni sevgilisi ilə qatıldı - FOTO
-
Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma oldu
-
İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?
-
Evinizə arı gəlirsə, bunun 3 mənası var
-
Murat Dalkılıçın 13 dəfə əməliyyat etdirdiyi burnunun son halı - FOTO
-
Ukrayna bu tarixdən “sükut rejimi” elan edir
-
Günün qoroskopu: taleyin pıçıltısını eşidəcəksiniz
-
Fatimə anasının xəstəxanadan FOTOsunu paylaşdı
-
Qurban Qurbanovdan Juninyo ilə bağlı açıqlama
-
Tramp: "İran yer üzündən silinəcək"
-
Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTO
-
Gənc oğlan futbol oynayarkən öldü
-
"Mehmet Fetihler Sultanı"nda gözlənilməz ayrılıq - FOTO
-
Braziliyada təyyarə binaya çırpıldı - Ölən və xəsarət alanlar var - VİDEO
-
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO
-
Nəsrin Cavadzadə toy FOTOlarını paylaşdı
-
Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir - FOTO
-
“Qarabağ” “Turan Tovuz”u məğlub edib





