Cəmiyyət

Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir - FOTO

4 May 2026 21:56
Baxış: 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fatimeyi Zəhra Məscidinin yanında 2 yaşlı oğlan uşağı tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

"Əziz dostlar, xahiş edirəm, maksimum paylaşın!

Bu gün Mehdiabad polis bölməsi balacanı bizə gətirib. Təxminən 2 yaşı olar. Bəzi sözlər deyir, adını bilmir... Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb. Qoyub gediblər qansızlar...

Hazırda polisdə axtarış gedir. Paylaşmaqda məqsədimiz bəlkə körpəni tanıyanlar oldu...

Onu güldürüb özümüz isə ağlamışıq...Adını Tale qoymuşuq...", - deyə o, əlavə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.