Türkiyədə var, bizdə niyə yoxdur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Biz çayı sevən xalqıq. 40 dərəcə istidə də çay içirik, qışın soyuğunda da. Çay bizim üçün təkcə içki deyil, günün ritmidir, söhbətin başlanğıcıdır, fasilədir. Ona görə də, çay mövzusu haradasa şəhər həyatının güzgüsünə çevrilir.
Bakıda çay var, amma bir az uzaq düşüb. Şəhərdə demək olar ki, hər addımda "takeaway" kofe tapmaq mümkündür. Tələsəndə də alırsan, yolüstü də. Çay isə daha çox köşk və restoranlarla məhdudlaşır. Restoranlarda çay adətən baha olur və çox vaxt dəstgahla birlikdə təqdim edilir. Bəzən sadəcə 1 stəkan çay içmək istəyirsən, amma bunun üçün masa, servis və əlavə xərclər qaçılmaz olur.
- Sonsuzluq yaradır - Bakıda addımbaşı hər yerdə var: Bəzi evlərdə də istifadə olunur
- Çayı belə içəndə mədə xərçəngi yaradır
Bu vəziyyət çay içməyi çətinləşdirir, amma sevgini azaltmır. Çayı sevməkdə davam edirik, sadəcə şəhər şəraiti bu vərdişi bir az yorucu edir. Çay daha çox oturmalı, vaxt ayırmalı rituala çevrilir. Halbuki bəzən insanın istədiyi tək şey ayaqüstü, dəniz kənarında sadə bir çay olur.
İstanbul nümunəsi burada yada düşür. Türkiyədə, xüsusilə İstanbulda dəniz kənarında, parkda, küçədə səyyar çay satan insanlara rast gəlmək adi haldır. Əllərində çay termosları, armudu stəkanlar, yanında qənd. Ucuz, sadə və səmimi. "Kurtlar Vadisi"ndən tanış olan o səhnələr əslində gündəlik həyatın bir parçasıdır. Çay orada şəhərin içindədir, insanların arasındadır.
İstanbulda çaya gündəlik ehtiyac kimi baxılır. Bakıda isə çay bir az daha "restoran içkisi" təsiri bağışlayır. Bu fərq çayın dadını yox, onu əldə etmə yolunu dəyişir.
Bulvarda, parklarda, mərkəzi küçələrdə armudu stəkanda çay satışı həm şəhər sakinləri, həm də turistlər üçün xoş detal olar. Bu, nə yeni ixtiradır, nə də yad mədəniyyət. Sadəcə mövcud çay sevgimizin şəhər həyatına uyğunlaşdırılmasıdır.
Bəzən çay üçün dəbdəbə lazım deyil. Nə bahalı menyu, nə də uzun servis. Sadəcə isti çay, armudu stəkan və bir az da rahatlıq kifayətdir. Çünki çayın ən yaxşı tərəfi onun sadəliyindədir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Süni intellekt xərçəng xəstələrinin nə qədər yaşayacağını təxmin edir
-
Bir əsrlik fayton: Nəriman Nərimanovun Şəki səfərindən yadigar - (Foto)
XƏBƏR LENTİ
-
Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq
-
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir





