Cəmiyyət

“Yunus Oğuz dövlətçilik və ictimai fikir tariximizin salnaməsini yazır” – Zahid Oruc

22 İyul 2025 13:24
Baxış: 562
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Yunus Oğuzun zəngin və çoxşaxəli fəaliyyəti təkcə yaradıcılıq nümunəsi deyil, həm də dövlətçilik və ictimai fikir tariximizin mühüm mərhələlərinə şahidlik edən bir salnamədir".

Milli.Az olaylar.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Dövlət İdarəçilik Akademiyasının rektoru  Zahid Oruc Yunus Oğuza təbrikində deyib:

"Yunus bəy müəllifi olduğu tarixi romanlar, publisistik məqalələr və qurucusu olduğu "Olaylar" mediası sayəsində informasiya cəmiyyətində möhkəm söz sahibinə çevrilib. Yaradıcılığında milli dəyərlərin qorunması, tarixə və şəxsiyyətlərə obyektiv baxış, ictimai fikrə yön verən təhlillər həmişə xüsusi yer tutur. Yunus Oğuz sözün həm yazılı, həm də ictimai yükünü daşıyan, düşüncənin və ifadənin məsuliyyətini çiynində daşıyan yazıçı və ziyalıdır.

Hörmətli Yunus bəyi 65 illik yubileyi və doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!  Bu əlamətdar gündə Yunus Oğuza möhkəm can sağlığı, davamlı yaradıcılıq enerjisi və yeni-yeni nailiyyətlər arzulayıram. Əminəm ki, onun fəaliyyəti bundan sonra da Azərbaycan mədəniyyətinə və ictimai düşüncəsinə dəyər qatmağa davam edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.