Cəmiyyət

Pensiya ilə bağlı vacib AÇIQLAMA

31 May 2025 11:52
Baxış: 2 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda  vətəndaşların əmək pensiyası hüququ qanunvericiliklə tənzimlənir və bu sahədə müəyyən şərtlər və mexanizmlər mövcuddur. Bəzi hallarda vətəndaşların pensiya almaq hüququ ilə bağlı suallar yaranır.

Bu hüquq necə əldə olunur, hansı yaşda təyin edilir və nə zaman dayandırıla bilər?

Milli Məclisin deputatı Vüqar Bayramov məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək pensiyası hüququnun əldə olunması və bu hüququn qorunması ilə bağlı vacib məqamlara aydınlıq gətirib:

O, bildirib ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, 25 il sığorta stajına malik olan və ya minimum pensiya kapitalını toplamış şəxslər əmək pensiyası almaq hüququna malikdirlər:

"Əgər xüsusi şərtlərlə pensiya hüququ yaranmırsa, bu zaman kişilər 65, qadınlar isə 64 yaşına çatdıqda əmək pensiyasına çıxmaq hüququ əldə edirlər. Əgər vətəndaşın 25 illik sığorta stajı yoxdursa və ya onun fərdi hesabında toplanmış pensiya kapitalı tələb olunan minimum məbləğə çatmırsa, həmin şəxsə əmək pensiyası deyil, yaşa görə müavinət təyin olunur", - deyə deputat bildirib.

Vüqar Bayramov  qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, vətəndaşın fərdi hesabında 2018-ci il iyulun 1-dək hətta 1 manat vəsaitin olması belə ona avtomatik şəkildə əmək pensiyası almaq hüququ verir:

"Bu, amnistiya mexanizmi çərçivəsində tətbiq olunur və vətəndaşlar bu imkanlardan hazırda da yararlana bilirlər. Ən vacib məqam isə ondan ibarətdir ki, əmək pensiyası hüququ qanunla təsdiqləndikdən sonra bu hüquq heç bir halda ləğv edilə və ya dayandırıla bilməz.

Qanunla əmək pensiyası almaq hüququ qazanan vətəndaş bu hüququ pensiya təyin olunduqdan sonra da daimi şəkildə saxlayır. Əmək pensiyası hüququ qanuni şəkildə əldə olunduqdan sonra onun pozulması və ya ləğvi mümkün deyil. Bu hüquq dəyişdirilmir və vətəndaşlar pensiya almaqda davam edirlər", - deyə deputat bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.