Cəmiyyət

Toy karvanında avtoşluq edən 7 sürücü SAXLANILDI - FOTO

11 Aprel 2025 19:22
Baxış: 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Toy karvanında qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb ediliblər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı toy karvanında avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntusu törədən 7 sürücü müəyyən olunaraq saxlanılıb.

Qeyd olunub ki, avtoxuliqanlıq edən VAZ-21214 markalı, 77-TH-109 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunub.

Həmçinin "Chevrolet" markalı, 77-NT-048 dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı, 77-EH-807 dövlət qeydiyyat nişanlı, "Khazar" markalı, 90-YN-188 dövlət qeydiyyat nişanlı, "Ravon" markalı, 77-MV-697 dövlət qeydiyyat nişanlı, "Lada" markalı, 77-YC-121 dövlət qeydiyyat nişanlı, "Daewoo" markalı, 99-RC-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər həyata keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.