Cəmiyyət

Buzovnalılar istəklərinə çatdılar - Həmin film dəyişdirildi

8 Aprel 2025 10:40
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Youtube"da yayımlanan və ssenarisi Əli Ucala tərəfindən yazılan "Ayıq sürücü" filmi Buzovna sakinlərinin narazılığına səbəb olmuşdu.

Milli.Az xəbər verir ki, sakinlər filmdə Buzovnada yaşayan bir qadının əxlaqsız olaraq göstərildiyini iddia edirdilər.

Sosial şəbəkələrdəki etirazlar və sakinlərin şikayətləri fonunda filmin yaradıcıları Buzovna ağsaqqalları ilə görüş keçirdilər.

Görüş nəticəsində filmdən Buzovna qəsəbəsinin adı çıxarılıb.

Rejissor Elçin Ağazadə bu barədə açıqlama verərək bildirib ki:

"Ssenarist Əli Məmmədov və dostlarım adına təşəkkürümü bildirirəm. 200 mindən çox izlənən bu filmdən Buzovna qəsəbəsinin adının çıxarılması ilə bağlı razılıq əldə edildi. İndi film yeni variantda yayımlanır."

Asya
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.