Cəmiyyət

100 yaşlı Fatma nənənin heç bir xəstəliyi yoxdur - VİDEO

24 Mart 2025 13:40
Baxış: 869
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salyanın ən uzunömürlü sakinlərindən biri - Fatma nənə yüz yaşını qeyd edir. 

Milli.Az xəbər verir ki, ömrünün 50 ilini Salyan Rayon Xəstəxanasında xadimə işləyən qadın çətinliklə və təkbaşına dörd övlad böyüdüb. 

İTV-yə danışan Fatma nənə bildirib ki, çətin olsa da, heç vaxt işindən usanmayıb: "Ayaqyalın, başıaçıq işləmişəm. Taksi tanımamışam, qara qaloş mənim üçün taksi olub. İşə qaloşla gedib-gəlmişəm. Qarla, qiyamətlə, zəhmətlə..."

Onu müayinə üçün gələn həkimlər qeyd ediblər ki, hazırda 100 yaşlı qadının kardioloji problemi yoxdur, qan təzyiqi isə norma daxilindədir. 

Üç qız, bir oğul anası olan qadının indi 20 nəvəsi, 30 nəticəsi, 4 kötükcəsi var. 

Daha ətraflı süjetdə:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.