Cəmiyyət

Qar uçqununda həlak olan digər hərbçimiz də dəfn olundu - FOTO

22 Mart 2025 13:22
Baxış: 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gədəbəydə qar uçqununda həlak olan əsgər Sabirabadda dəfn olunub.

"Report"un Aran bürosu xəbər verir ki, dəfn mərasimi bu gün səhər saatlarında rayonun Muğan Gəncəli kəndində baş tutub.

Dəfn mərasimində qar uçqunda həlak olmuş əsgər, 2006-cı il təvəllüdlü İmanov Əli Tariyel oğlunun doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ə. İmanov doğulduğu Muğan Gəncəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ə. İmanov 2024-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb.

Qeyd edək ki, martın 19-da Əli İmanov hərbçi yoldaşı Rüstəm Həmidovla birgə qar uçqunu nəticəsində həlak olub. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi birgə axtarış tədbirləri nəticəsində martın 20-də əsgərlərin nəşi tapılıb və ailələrinə təhvil verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.