Cəmiyyət

Bakıda pul üstündə qan töküldü

29 May 2010 14:21
Baxış: 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Göyçay sakini Elşad Həmidov naməlum şəxs tərəfindən bıçaqlanıb. Polis tərəfindən keçirilən tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Neftçala sakini Babaş Dadaşov tutulub.

B.Dadaşov istintaqa ifadəsində bildirib ki, hadisə pul üstündə düşən mübahisə nəticəsində baş verib. Belə ki, o, E.Həmidovdan pul istəyib. Lakin E.Həmidov ona pul vermədiyinə görə aralarında mübahisə yaranıb və onu bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, zərərkçəkmiş və təqsirləndirilən şəxslərin hər ikisi əvvəllər də cinayət əməlinə görə məhkum olunublar.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.