Cəmiyyət

“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası yenidən Fəvvarələr meydanındadır! - FOTO

24 Dekabr 2024 16:15
Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16 dekabr tarixində "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasının möhtəşəm açılışı baş tutdu! Yarmarka 15 yanvar 2025-ci il tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər il olduğu kimi, yarmarkaya giriş ödənişsizdir.

2013-cü ildən etibarən hər il Yeni il ərəfəsində "Nargis" Fondu tərəfindən keçirilən "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası Azərbaycanın müxtəlif guşələrindən Fonda müraciət edən ailələrə ümid bəxş edir. Hər il olduğu kimi, builki yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Hər il internat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın fəxri qonaqları olurlar. Hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılır.

Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, "Azərişıq", Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərybaycan Hava Yolları, E-point, Strafor Kəsim, Hazır Cavab-dır. "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası sponsor- Pasha Holding, Azercell, Coca-Cola, Birbank, R Group Holding, Haribo, Ozmo, Tess, Lays, Nesquik, Pampers, Eatme, Chocolatier, Fettycheese, Vyana Şokolad Evi, Xırta-Xırt, Corndogs, Atabey Çiğköfte şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.

Yarmarka yeni qurulmuş və istifadəyə veriləcək 64 böyük və 20 balaca ev, 3 ədəd iki mərtəbəli restoran, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu otağı, labirint otağı, kiçik köşklər, müxtəlif tematik guşələr, Santa evi və böyük Yeni il şam ağacından ibarətdir. Yarmarka ərazisində quraşdırılmış iki ədəd böyük monitorda yarmarka haqqında ətraflı məlumat və yarmarkanın xəritəsi nümayiş olunur.

Yarmarkanın qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, münasib qiymətə Qərbin və Şərqin unikal ləzzətli təamlarını kəşf edə, tematik guşələrə baş çəkə, soyuq qış günündə isti içkilərlə isinə, müxtəlif oyunlar oynaya, şəkillər çəkdirə və sevdikləri ilə birlikdə özlərini əsl qış nağılında hiss edə bilərlər. Burada hər kəsi çoxlu sürprizlər, tədbirlər və tematik günlər gözləyir.

Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, yarmarkaya gəlib Yeni il sehrini birlikdə kəşf etməyə hər birinizi dəvət edirik!

Havalar soyuq olsa da qəlblərimiz daim isti olsun!

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.