Valideynlərə ÇAĞIRIŞ - "Bunu məhdudlaşdırmaq əvəzinə..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Rəqəmsal zorakılıq çağımızın mühüm probleminə çevrilir. Bu gün bir çox ailələr uşaqlarını sosial medianın mənfi təsirlərindən qorumaq üçün onlara istifadə məhdudiyyətləri qoyur. Lakin bugünkü şəraitdə sosial medianın məhdudlaşdırılması və ya qadağan edilməsi konstruktiv və faydalı həll yolu deyil".
Bunu Milli.Az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.

Onun sözlərinə görə, uşaq və gənclərin sosial mediadan istifadə etməsi haqqında maarifləndirmə aparmaq lazımdır:
"Xüsusilə 2020-ci ildə həyatımıza daxil olan pandemiya şərtləri ilə bütün dünyada sosial mediadan istifadə tezliyi artdı. Sosial mediadan ünsiyyət qurmaqla yanaşı, özünü ifadə etmək, reklam etmək, inandırmaq və təsir etmək vasitəsi kimi də istifadə olunur. Mütləqdir ki, uşaq və gənclərin sosial mediadan istifadəsinə nəzarət etmək və faydalı istifadə haqqında məlumatlar vermək lazımdır. Günümüzdə gənclərin zamanının əhəmiyyətli bir hissəsi sosial şəbəkələrdə və internetdə keçir. Buna görə də, xüsusilə emosional ehtiyaclar baxımından, gənclər burada incidilməyə və ya incinməyə həssasdırlar. Rəqəmsal zorakılıq çağımızın mühüm probleminə çevrilir. Bu gün bir çox ailələr uşaqlarını sosial medianın mənfi təsirlərindən qorumaq üçün onlara istifadə məhdudiyyətləri qoyur. Lakin bugünkü şəraitdə sosial medianın məhdudlaşdırılması və ya qadağan edilməsi konstruktiv və faydalı həll yolu deyil. Bunu məhdudlaşdırmaq əvəzinə onlara ondan daha sağlam, səmərəli və şüurlu şəkildə istifadə etməyin yolları öyrədilməlidir. Sosial mediadan istifadənin zərərlərindən danışmazdan əvvəl onun səmərəli şəkildə istifadə edildiyi təqdirdə gənclərə verdiyi faydalardan danışsaq görərik ki, tələbələr görüntülü platformalarda dərslərini öyrənə və öz bilik və ideyalarını paylaşa bilər,müəllimləri tərəfindən sosial mediada paylaşılan canlı yayımlara daxil ola bilərlər. Bu yolla gənclər təkcə öz ətraflarından olan insanlarla deyil, həm də dünyanın müxtəlif yerlərindəki insanlarla ünsiyyət yaradırlar. Bu da onlara həm xarici dil öyrənmə baxımından həm də müxtəlif mədəniyyətlərlə tanış olma istiqamətində mühüm imkanlar yaradır. Sosial olmayan və bu səbəbdən ünsiyyət qurmaqda çətinlik çəkən insanlar da bu vasitə ilə sosial və ünsiyyətcil ola bilirlər. Onlar həmçinin öz maraq və ehtiyaclarına uyğun olaraq peşəkarların faydalı videolarını və məzmununu izləyərək faydalı məlumatlar əldə edə bilirlər".
.jpg)
Ekspert sosial medianın həm də bir çox gənc üçün dünya haqqında məlumat mənbəyi olduğunu deyir.
"Başqa sözlə, rəqəmsal mühitdə gənclər dünya ilə eyni vaxtda cari hadisələri, iqtisadiyyatı, siyasəti, elm və texnologiyanı izləyə bilirlər.Bir sözlə sosial media səmərəli istifadə edildiyi müddətdə gənclərimiz üçün daha faydalı bir platforma təşkil edir.Lakin bildiyimiz kimi gənclərimizi düzgün istiqamətləndirməyəcəyimiz təqdirdə sosial medianın yetəri qədər zərərləri də mövcuddur. Sosial mediadan istifadə zamanı fiziki paylaşımların olmaması fərdlərin bir-birlərinə qarşı daha mənfi ifadə və münasibət sərgiləməsinə səbəb ola bilər. İnsanlar sosial media hesablarından güc alaraq real həyatda başqalarına deyə bilmədikləri söyüş, təhdid və ya təhqiredici şərhlər, mesajlar və s. kimi mənfiləri rahatlıqla yaza bilərlər. Bu davranışları nümayiş etdirən insanlar qarşı tərəfin imicinə xələl yetirməklə yanaşı, həm də öz gələcəkləri üçün pis reputasiya yaradırlar. Hətta son zamanlar "TikTok" platformasında bir sıra gənclərin diqqət mərkəzində qalmaq üçün məhrəmiyyətləri ilə bağlı da paylaşımlarının şahidi oluruq. Daha sonra onun şəkil və videoları başqaları tərəfindən oğurlana və saxta hesablar açılaraq gələcəkdə əleyhlərinə də istifadə oluna bilər. Eyni zamanda sosial mediadan istifadə gündəlik həyatda sosial bacarıqların olmamasına səbəb olaraq, onlarda asosiallıq da yaradır", deyə o bildirib.
.jpg)
Mütəxəssis əlavə edib ki, gənclərin normal ünsiyyətdən qaçması sosial mediada daha çox keçirdiyi zamana görədir.
"Gənclər normal ünsiyyət qurmaqda da müəyyən qədər çətinlik çəkirlər. Çünki daimi ekranlara məruz qalmaq diqqətin yayınmasına və fiziki yorğunluğa səbəb ola bilir. Araşdırmalar nəticəsində məlum olur ki, gənclərin gün içində ilk və son olaraq baxdıqları onların mobil telefonlarıdır. Bu, əslində çox ciddi bir problemdir. Lakin biz sosial mediadan istifadəni tamamilə qadağan və ya tam sərbəst şəkildə öz başına buraxa bilmərik. Burada ailələrə böyük məsuliyyət düşməkdədir. Ailələr övladlarının sosial mediadan istifadəsini məqsədyönlü, məhdud və nəzarətli istifadəyə diqqət etməlidirlər. Övladlarını daha faydalı istifadə istiqamətində məlumatlandırmalıdırlar. Çünki ailələri tərəfindən nəzarət olunan gənclər daha az aslılıq göstərirlər. Valideynlərin övladlarına sosial şəbəkələrdən düzgün istifadə etməyəcəkləri təqdirdə, onun gələcəyi üçün özünə, özünü inkişaf etdirməsinə və başqalarına zərər verə biləcəyini izah etmələri zəruridir", F.Əliyev öz növbəsində valideynlərə çağırış edib.
Xəyal Abdullayev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paytaxtda məşhur restoranda gecə saatlarında nələr baş verir?
-
Kuryerlik edib qardaşını oxutdu - Kövrək anlar - (Video)
-
Bakı metropolitenində iş rejimi dəyişdiriləcək
-
“Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - (Foto)
-
HHQ və XTQ komandanları təltif olunub
-
Kənan Seyidova birinci müavin təyin edildi
XƏBƏR LENTİ
-
Hamar qəbiləsinin adəti müzakirə yaratdı: Qadınlar qamçılanmaqdan qürur duyurlar - (Video)
-
Estoniya Rusiyaya nota verdi
-
Azərbaycan güləşçiləri U-20 Avropa çempionatını 5 medalla başa vurublar
-
Rafael Fiziyevin həyat hekayəsi
-
Günün qoroskopu: Sizi iddialı bir gün gözləyir
-
Arvadını qətlə yetirən Coşqunun qonşuları danışdı (Video)
-
Bakının 4 rayonunda işıq olmayacaq
-
Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi (Foto)
-
"Sovetski"də ikimərtəbəli fərdi yaşayış evi yanıb (Video)
-
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
-
"Empire State Building"ə qalxan cütlüyü 20 il həbs gözləyir
-
"Bu gün "Torpedo" da qalib gələ bilərdi" - Rəşad Sadıqov
-
"Arxanda duranlar qanundan üstün deyil" - Müğənni Ülkərə cinayət işi açıldı (Video)
-
Azərbaycanda güclü qum burulğanı - (Video)
-
Qəzada həyatını itirən Şadmanın (Fotosu)
-
Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Ecenin ölüm səbəbi məlum oldu
-
UEFA Konfrans Liqası: "Zirə" qələbə qazanıb (Video)
-
2 stəkan düyüyə nə qədər su əlavə edilməlidir?
-
Ərdoğan: "Cənubi Qafqaz məsələsi hər an gündəmə gələ bilər"
-
Balakəndə selin apardığı kişinin meyiti tapılıb - Yenilənib
-
Yumurtanın təzə olub-olmadığını anlamağın sadə yolları
-
Diddinin həbsxanadan görüntüləri yayıldı (Foto)
-
Tramp: İrandakı nüvə obyektlərini izləyirik





