Cəmiyyət

Bakıda kişi sevgilisinə xərclədiyi pulları onun ərindən almaq istədi

1 Noyabr 2024 17:02
Baxış: 4 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda evli qadının həyat yoldaşı və sevgilisi arasındakı münaqişə cinayətlə başa çatıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində yerləşən 20 saylı məktəbin qarşısında baş verib.

E. Əliyev əvvəllər sevgi münasibətində olduğu və dəfələrlə görüşdüyü qadına xərclədiyi pulları geri tələb edib. O, hətta qadının əri 1976-cı il təvəllüdlü R. Hətəmovu taparaq onun arvadına xərclədiyi pulları verməsini istəyib. Bundan sonra tərəflər arasında münaqişə yaranıb.

R. Hətəmov E. Əliyevin övladının 20 saylı məktəbdə oxumasını bilərək oraya gəlib və ona yaxınlaşaraq öldürməklə hədələyib. E. Əliyev məktəbin qarşısından keçən 18 saylı avtobusa minib uzaqlaşmaq istəsə də R. Hətəmov onu təqib edib.

Hadisə ilə bağlı polisə müraciət edildikdən sonra Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi açılıb.

Məlum olub ki, Şuşa rayon sakini olan R. Hətəmovun arvadı özünü vəkil kimi təqdim edən E. Əliyevlə münasibətdə olub, dəfələrlə müxtəlif rayonlara gedərək istirahət ediblər, hətta qadının yaxınlarının yaşadığı rayonlara gedərək görüşüblər. Lakin onların münasibəti pozulandan sonra E. Əliyev xərclədiyi pulları tələb edib. O, keçmiş sevgilisinin ərindən də pul tələb edib.

Cinayət işinin materialları Yasamal rayon Məhkəməsinə daxil olub. Məhkəmədə çoxsaylı iddia və ittihamlar səsləndirilib.

Məhkəmənin bir neçə gün əvvəl elan etdiyi hökmlə arvadının sevgilisini ölümlə hədələyən kişiyə 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və onun bədəninə elektron təqib cihazı yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.