Bu gün şəhid Sərxan Mirzəmmədovun doğum günüdür - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən qəhrəman şəhidimiz Sərxan Mirzəmmədovun doğum günüdür. Yaşasaydı 26 yaşı tamam olacaqdı. Lakin o, ömrünün qalan hissəsini Vətən torpaqlarının azadlığı uğrunda qurban verdi, tarixi Zəfərin əldə olunmasında böyük fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucaldı və xalqımızın qəlbində özünə əbədi yer qazanıb.
Şəhidin anası Bibixanım Mirzəmmədova Trend-ə açıqlamasında bildirib ki, Sərxan uşaqlıqdan qəhrəmamlığı, qayğıkeşliyi ilə seçilirdi, hər kəsin sevgisini qazanmağı bacarmışdı.
O, Sərxan haqqında xoş xatirələrini bölüşüb:

"Diqqətli, qayğıkerş idi, çalışırdı ki, hamıya kömək etsin, hər kəsin əlindən tutsun. Müəllimələri də onu çox istəyirdi. Çox mehriban olub. Vətən sevgisi, Vətənə məhəbbət Sərxanda uşaqlıqdan yüksək olub. Bu gün hər kəs Sərxanı xoş xatirələrlə anır".
Qeyd edək ki, Sərxan Osman oğlu Mirzəmmədov 1998-ci il avqustun 3-də Xaçmaz rayonunun Mirzəməmmədqışlaq kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərxan Mirzəmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Talış-Suqovuşan istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Sərxan Mirzəmmədov oktyabrın 10-da tarixində Suqovuşan istiqamətində düşmən mövqeyinə hücum zamanı düşmənin 5 hərbi qulluqçusunu məhv edərək şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Mirzəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Bundan əlavə Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Mirzəmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
XƏBƏR LENTİ
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar





