Cəmiyyət

Səhiyyə naziri: “Təbii fəlakətdən ziyan çəkmiş əhaliyə psixoloji yardım göstərilməsi üçün həkim briqadaları göndəriləcək”

24 May 2010 11:30
Baxış: 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev deyib. Nazir bildirib ki, bölgəyə göndəriləcək psixoloqlar əhalinin psixoloji vəziyyətini öyrənəcək və onlara müvafiq yardımlar göstərəcəklər.

Oqtay Şirəliyev deyib, fəlakət zonasından köçürülmüş sakinlər arasında tibbi xidmət üçün müraciət edənlərə müvafiq yardımlar göstərilir.

Nazirin sözlərinə görə, indiyədək köçürülən ailələrdə 17 uşaq doğulub və onların hamısı sağlamdır. Nazir təbii fəlakət bölgəsində yoluxucu xəstəlik aşkarlanmadığını, ərazidə epidemiya təhlükəsinin olmadığını və vəziyyətin nəzarətdə saxlandığını deyib.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

/Trend/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.